17.01.2022 14:06

Ata 3 aylıq körpəni döyüb xəstəxanalıq etdi – Dəhşətli VİDEO

Türkiyədə ağlasığmaz hadisə baş verib.

 
 
 Sosial şəbəkələrdə Qaziantepin Şahinbəy bölgəsində yaşayan Y.G adlı şəxsin 3 aylıq körpəsinə işgəncə verdiyi görüntüləri yayılıb. Videoda azyaşlının atası tərəfindən döyüldüyü görünüb. Qorxunc hadisə ananın müdaxiləsi ilə yekunlaşıb.
 

Körpənin anası yaşanan olay haqqında danışarkən həyat yoldaşının uzun müddətdir övladına şiddət tətbiq etdiyini deyib.

 

 

 

"Övladım atasının qucağında olanda ağlayırdı. Həyat yoldaşımdan şübhələnirdim, amma nəsə etdiyinə inanmaq istəmirdim. Bu haqda anama da dedim, amma o, "insan heç övladını döyərmi?” deyə mənə qarşılıq verdi.

 

 

Bir neçə gün uşağımın qışqırıq səslərini eşidirdim. Məni mətbəxə çaya, yemək gətirməyə göndərirdi. Həmin ərəfədə uşağı döyürdü. Bir dəfə qapının deşiyindən baxanda körpəmi döydüyünü gördüm, nəfəsim kəsildi, amma mənə də, uşağa da nəsə edər deyə səsimi çıxara bilmədim”.

 

3 aylıq uşağın anası, həmçinin əlavə edib ki, hadisənin şahidi olandan sonra yenidən anasına zəng edib:

 

 

"Telefonu götürməyimdən şübhələndi. Amma anamdan kameralı telefon istədim ki, həmin anları lentə alım. Gizlicə uşağımı döydüyü anları çəkdim. Sakitcə uşağı götürdüm, heç nə demədim ki, anlamasın”.

 
Bununla bağlı Qaziantepin səalhiyyətli qurumlarından açıqlama gəlib.  Qeyd olunub ki, görüntülər 29 noyabr tarixində qeydə alınıb və bu barədə polisə məlumat verilib. 3 yaşlı uşağın xəstəxanaya yerləşdirildiyi və ağır yaralı olduğu bildirilib. Bununla yanaşı, Y.G adlı şəxsin polis nəzarətinə alındığı da əlavə edilib.   Turanxeber.az

 

Xəbər lenti