17.01.2022 15:04

“Zəngəzur dəhlizi” məsələsi həllini tapıb - Ərdoğan

"Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçirilib. Qardaşım İlham Əliyev mənə görüşün çox məhsuldar keçdiyini dedi”.

 

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
 

Ərdoğan deyib ki, Soçidə keçirilən üçtərəfli görüş nəticəsinədə "Zəngəzur dəhlizi” məsələsi də həllini tapıb:

"Bu görüşdə Araz çayı boyunca dəmir yolu və avtomobil yollarının çəkilməsi məsələsi həll olunub”.

Türkiyə Prezidenti onu da əlavə edib ki, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirəcək dəmir yolu və avtomobil yolları Iğdırla əlaqəni də təmin edəcək.

Xəbər lenti