17.01.2022 15:51

Prezident SƏRƏNCAM imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) Müşahidə Şurasının (MŞ) tərkibinin təsdiq edilməsi və Natiq Əmirovun Şuranın sədri təyin edilməsi haqqında 6 noyabr 2017-ci il tarixli, ASK-nın MŞ üzvlərinin təyin edilməsi haqqında 10 iyun 2019-cu il tarixli, ASK-nın MŞ üzvlərinin təyin edilməsi haqqında 16 aprel 2020-ci il tarixli sərəncamlarını ləğv edib.

 
 Dövlət başçısının bununla bağlı imzaladığı yeni sərəncamda deyilir ki, MŞ aşağıdakı tərkibi təsdiq edilsin:
 
MŞ-nın sədri Natiq Əmirov – Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
 
MŞ-nın üzvləri:
 
İnam Kərimov – kənd təsərrüfatı naziri

 
Mikayıl Cabbarov – iqtisadiyyat naziri
 
Samir Şərifov – maliyyə naziri
 
Xalid Əhədov – Birinci vitse-prezidentinin köməkçisi
 
Elman Rüstəmov – Azərbaycan Mərkəzi Bankının sədri.

Xəbər lenti