17.01.2022 15:30

"Danışır .Azadlıq radiosu...Verilişimizə başlayırıq ..." Bu bizik ?! Yaşasaydı 75 yaşı olacaqdı..

Sabah Azərbaycanda milli şüurun formalaşmasında müstəsna xidməti olan Qarabağ və Azərbaycan həqiqətlərini xalqımıza çatdıran Mirzə Xəzərin doğum günüdür.


Göycay rayonunda anadan olan .milliyətçə yəhudi olan"Bibliya"nın tərcüməçisi Mirzə Xəzrin səsi Vətəni üçün heç zaman susmadı : yanvar faciəsi baş verərkən Bakıda radio, televiziya, qəzetlər susdurulan günlərdə Azərbaycanı informasiya blokadasından xilas edən və sovet qoşunlarının Bakıda törətdiyi qəddar əməllərini, Azərbaycanın və dünyadan əli üzülmüş azərbaycanlıların səsini dünyaya çatdıran ilk insanımız . ilk dünyaya açılan pəncərəmiz oldu. Bununla bərabər o, həm də Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması və ədalətli cəmiyyət qurulması uğrunda mübarizə aparan ilk xarici radio jurnalistimiz oldu.
Mirzə Xəzər əsl Azərbaycan vətənpərvəri kimi öz həmvətənlərinin daha firavan həyatı uğrunda mübarizə aparırdı. Bir zaman işdən kənar da edilmişdi. Bu böyük bir vətənpərvərin yeganə günahı vətənini həddən artıq sevməsi idi.
Mərhum jurnalistimiz Elmar Hüseynov onun haqqında belə demişdir : "Mirzə Xəzər əsl Azərbaycan vətənpərvəri kimi öz həmvətənlərinin daha firavan həyatı uğrunda mübarizə aparırdı. Mirzə Xəzərin işdən kənar edilməsi - hamımızın məğlubiyyətidir... harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların məğlubiyyətidir. Bu böyük bir vətənpərvərin yeganə günahı vətənini həddən artıq sevməsi idi"(Elmar Hüseynov )
Çox təəssüflər olsun ki .o ,Azərbaycan ordusunun qələbələrini görə bilmədi...Nə etməli ,taleyin qisməti beləymiş
Həqiqət budur ki .illər keçsə də Biz "Danışır ,Azadlıq radiosu ...Verilişimizə başlayırıq "-səsi üçün və səsin sahibi üçün həmişə darıxacaq və qəlbimizdə yaşadacağıq...
Allah rəhmət eləsin...!



Turanxeber.az
Bir 1 nəfər şəkili ola bilər
 
 
 

Xəbər lenti