Tbilisidə küçəyə Pəri xanım Sofiyevanın adı verilib

Siyasət

Tbilisidə, Krtsanisi rayonunda, Marneuli yolu üzərində yerləşən adsız küçəyə və küçədəki dörd döngəyə Pəri xanım Sofiyevanın adı verilib.

Bu barədə Marneulili mülki fəal Samirə Bayramova məlumat yayımlayıb və yazıb ki, Tbilisi Bələdiyyə Məclisi onun tələbini təmin edib. Bayramova sosial şəbəkədə Tbilisi Bələdiyyə Məclisinin sərəncamını paylaşıb.

“Tbilisi Bələdiyyə Məclisinin Ad Vermə Komissiyası sizin 2023-cü ilin 29 mart tarixinə olan, Tbilisinin küçələrindən birinə Pəri xanım Sofiyevanın adının verilməsi haqqında müraciətinizi müzakirə etdi. Bildirmək istəyirəm ki, Tbilisi şəhərinin Bələdiyyə Məclisinin 2023-cü il 25 avqust tarixli sərəncamı ilə Krtsanisi rayonunda Marneuli yolu üzərində yerləşən adsız küçəyə və küçədəki dörd döngəyə dövlət xadimi Pəri xanım Sofiyevanın adı verilib”, – Tbilisi Bələdəiyyə Məclisinin cavabında qeyd olunub.

Mülki fəal və hüquq müdafiəçisi Samirə Bayramova Tbilisi küçələrinə etnik azlıq nümayəndəsi qadınların adının verilməsi tələbi ilə 27 mart tarixində Tbilisi Bələdiyyə Məclisinin sədrinə müraciət edib.

Qeyd edək ki, Pəri xanım Sofiyeva 1918-ci ildə yerli özünüidarə seçkilərində iştirak edən və qələbə qazanan ilk müsəlman deputat qadın olub.
Turanxeber.az.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir