ZƏFƏR SEVİNCİNİ BİZƏ YAŞADANLAR

Cəmiyyət

Ən yeni tariximizdən məlum olduğu kimi 27 sentyabr 2020-ci ildə
Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun Komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Əks-hücum əməliyyatlarında – 44 günlük Vətən müharibəsində bir sıra çanlı qələbələrə imza atılaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ordumuzun gücü ilə tarix yazıb. Müharibənin ilk günündən döyüş əməliyatlarına qatılanlardan, Füzulidən Şuşaya qədər şərəfli yol keçərək xalqımıza Zəfər sevincini yaşadanlardan biri də hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətində xidmət edən daxili xidmət leytenantı Cəmil Abdullayevdir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olan Cəmil Abdullayev  hərbi xidmətinin bitməsinə sayılı günlər qalanda 2-ci Vətən müharibəsi başlayıb. Vətənin ağır günündə  Cəmil  Ali Baş Komandanın  çağırışı ilə müharibənin elə  ilk günündə döyüş bölgəsində sılaha sarılıb.  Cəmil müharibədən əvvəlki hərbi xidmət dövründə olduğu kimi Füzulidən Şuşaya yol

alan döyüş bölgələrində də özünü vətənpərvər, vüqarlı, qorxmaz, cəsur əsgər kimi tanıtdıraraq silahdaşları ilə mənfur düşmənə zərbələr endirib.

Fizulinin, Cəbrayılın, Zəngilanın, Xocavəndin, Şuşanın azad olunmasında yaxından iştirak edən Cəmil Abdullayev bütün  yaxşı xüsusiyyətləri özündə cəmləşdirərək intizamlı və məsuliyyətli əsgər kimi dəfələrlə ölümün gözünə dik baxaraq əsl vətənpərvər kimi komandirlərinin və döyüşçü dostlarının yaddaşında xoş izlər buraxıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Cəmil Abdullayev “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Cəsur döyüşçü”   medalları ilə təltif edilib.

Tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi zəfərlə başa çatdıqdan sonra Cəmil Abdullayev əlavə olaraq 6 ay Laçın və Kəlbəcərdə də xidmət edib. O, hərbi xidmətdən qayıtdıqdan sonra Zəfər sevincini bizlərə yaşadanlara Fövqəladə Hallar Nazirliyinin diqqət və qayğısı sayəsində  leytenant rütbəsində xidmətə qəbul olunub.

Dünən vətən torpaqlarını işğaldan azad olunmasında dəyərli xidmətləri olan Cəmil Abdullayev atasının yolunu davam etdirərək, bu gün əhalinin təhlükəsizliyinini qorunması kimi şərəfli bir işə öz töhfələrini verir.

Возможно, это изображение 1 человек и текст

Turanxeber.az  Hikmət Cəmil Oğlu.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir