Bu sözləri deputat Fazil Mustafa jurnalistlərə açıqlamasında bildirib.
“Mədəniyyət komitəsi bizim əsas nizamnamədə nəzərdə tutulub. Komitənin sədri olmayanda onu müavin əvəz edir. Artıq bu funksiya müavin kimi mənə həvalə olunub”, – Fazil Mustafa qeyd edib.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu ilin sentyabrın 28-də vəfat edib. Turanxeber.az