“Qəzzada atəşkəs olmayacaq”.
Turanxeber.az xəbər verir ki, bunu yüksək rütbəli İsrail rəsmisi CNN-ə bildirib.
Bu açıqlama ABŞ və Qətərin HƏMAS tərəfindən saxlanılan 200-dən çox girovu azad etmək üçün danışıqlar aparmaq səylərindən sonra verilib.
İsrail və ABŞ bütün girovların “mümkün qədər tez” azad edilməsini istəyir. Rəsmi əlavə edib ki, “humanitar səylər HƏMAS-ı məhv etmək missiyasına təsir edə bilməz”.
“İsrail səlahiyyətliləri ABŞ-nin Qəzzaya humanitar yardımın çatdırılmasına icazə verilməsi tələbini qəbul edib, baxmayaraq ki, bu qərar İsraildə məlum deyildi”, – rəsmi vurğulayıb.