İnsanların ürəyi qaranlıq otaqlarda daha sürətli döyünür, qırmızı otaqlarda isə daha çox tərləyir.
Bu barədə Sürix Universitetinin alimlərinin apardıqları təcrübələrin “Royal Society Open Science” jurnalında dərc olunan nəticələrində bildirilir.
Təcrübədə 60 nəfər (39 qadın) iştirak edib. Onlar iki qrupa bölünüb və müxtəlif parlaqlıq və doyma səviyyəsinə malik qırmızı və ya mavi divarları olan iki VR otağından birinə yerləşdiriliblər.
İştirakçılar otaqlarda olarkən alimlər onların elektrokardioqramması və tər vəzilərinin fəaliyyəti haqqında məlumat toplayıblar. İnsanlardan da öz hisslərini təsvir etmələri istənilib.
Məlum olub ki, insanlar qaranlıq və qırmızı otaqlarda daha çox oyanıblar. Tədqiqatçıların fikrincə, insanlara isti və ya soyuq çalarlar təsir edib.
Turanxeber.az