Ankarada Qənirə Paşayevanın xatirəsi yad edilib

Mədəniyyət

Ankarada fəaliyyət göstərən “Azaflı Sosyal Yardım Ve Kültür Derneği”ndə Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın xatirəsi ilə bağlı tədbir keçirilib. Tədbirdə Qənirə Paşayevanın vəfatı ilə bağlı 1 dəqiqəlik sükut elan olunub, mərhumun ruhuna dualar oxunulub və ehsan verilib.

Türkiyənin millət vəkillərinin, elm adamlarının, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə  “Azaflı Sosyal Yardım Ve Kültür Derneği”nin başkanı Arzuman Azaflı millət vəkilinin həyat və fəalliyəti ilə bağlı danışaraq, Qənirə Paşayevanın türk dünyasının böyük dostu, önəmli ziyalılarından biri olduunu qeyd edib. Natiq bildirib ki, Qənirə Paşayeva milli ruhlu böyük yurdsevər, Türk dünyasının fədakar şəxsiyyəti, istedadlı natiq, cəsarətli, iradəli təfəkkür sahibi, məsləkinə, əqidəsinə sadiq siyasət adamı, alovlu vətənpərvər kimi heç vaxt unudulmayacaq.

Tədbirdə Qənirə Paşayevanın  Qarabağ həqiqətlərini dünyaya çatdırılması,  torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə zabit və əsgərlərimizin yanında olması, vətənpərvər çıxışları ilə onları mübarizəyə ruhlandırması istiqamətində faəliiyəti haqqında xatirələr söylənilib. Qənirə xanımın Türkiyə-Azərbaycan qardaşlığının, əməkdaşlığının bugünkü zirvəyə yüksəlməsindəki   sanballı rolu xüsusi olaraq vurğulanıb.

Hikmət Cəmil Oğlu Xudiyev

Turanxeber.az.TV

Əməkdar jurnalist Hikmət Xudiyev

 

 

 

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir