Falına baxdırdı, falçı “tezliklə öləcəksən” dedi: ertəsi gün…

Dünya

Braziliyada 27 yaşlı qadın falçının ona tezliklə öləcəyini söyləməsindən bir gün sonra dünyasını dəyişib. Məlum olub ki, qadın falçının verdiyi şokoladı yedikdən sonra qəfil xəstələnib.

“New York Post” qəzetində yer alan xəbərə görə, Braziliyanın Maceyo şəhərinin mərkəzində gəzintiyə çıxan Kruz Pinto adlı gənc qadın yaşlı bir qadın tərəfindən saxlanılıb. Yaşlı qadın Pintoya falına baxa biləcəyini deyib.

Təklifi qəbul edən Pintonun əl falına baxan qadın ona, bir neçə gün ömrü qaldığını deyib. Falçı daha sonra Pintoya şokolad verib.

Pintonun əmisi oğlu Bianka Kristina bildirib ki, o, şokoladın qablaşdırılmış halda olduğu üçün təhlükə yarada biləcəyini düşünməyib. Ac qaldığı üçün də onu yeməyə qərar verib.

Şokoladı yedikdən bir neçə saat sonra qadın özünü çox pis hiss etməyə başlayıb və şiddətli mədə ağrıları, görmə qabiliyyətinin itirilməsi və qusma kimi simptomlar yaşamağa başlayıb.

Pinto avqustun 4-də, şokoladı yedikdən bir gün sonra dünyasını dəyişib.

“Mirror”-un məlumatına görə, yarılma zamanı Pintonun cəsədindən götürülmüş nümunələrin təhlil edən kimya və toksikologiya laboratoriyasının rəhbəri Talmanni Qulart “bu maddələr Kənd Təsərrüfatı, Heyvandarlıq və Təchizat Nazirliyi tərəfindən tənzimlənsə də, asan əldə olunduğu üçün Braziliyada zəhərlənmə hallarında olduqca yaygındır”,- deyə bildirib.

Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir