Bakıda sürücü 250 metr irəlidən dönməmək üçün qayda pozdu; qəza baş verdi – VİDEO

Hadisə

Bakıda daha bir qayda pozuntusu qəzaya səbəb olub şahidlərin verdiyi məlumata görə, Ziya Bünyadov prospektinin Azadlıq pospekti ilə kəsişməsində “Toyota Avalon” markalı, 10-AH-727 dövlət nömrə nişanlı avtomobillə “KİA Sorento” markalı, 99-OA-990 dövlət nömrə nişanlı avtomobil toqquşub. “KİA” məhəlləarası yoldan çıxıb, sürücü bir qədər irəlidən geriyə dönməli olduğu halda geriyə hərəkət edərək dairəyə girmək istəyib. Bu zaman öz yoluyla hərəkət edən “Toyota”nın qarşısına çıxıb. Nəticədə toqquşma baş verib.

Zərbənin gücündən “KİA” bardürə çıxıb, “Toyota” isə bardürə dəyərək dayanıb. Nəticədə sonuncunun sürücü xəsarət alıb, maşına xeyli ziyan dəyib.
Hadisə yerinə polislər gəlib, araşdırma aparılır.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir