Erməni terroru nəticəsində şəhid olmuş polis əməkdaşı Xəzər Zamanovun çox kədərli həyat hekayəsi var.
Xəzər körpə yaşlarında atası Azər kişi ilə dənizə gedir. Dənizdə üzərkən boğulmaq təhlükəsi ilə üzləşir. Bunu görən atası oğlunun köməyinə yetişir. Ata Xəzəri ölümdən xilas etsə də, özü Xəzər dənizinin cəngindən qurtula bilmir və həyatını itirir. Bundan sonra Xəzərin ailəsində ağır günlər başlayır və o, ehtiyacla dolu uşaqlıq illəri keçirir…
Bu gün Xəzər illər öncə onu ölümdən xilas edərkən həyatını itirmiş atasının yanında dəfn olundu.
5 ay əvvəl toyu olmuşdu, övlad yolu gözləyirdi…
