Etirazçılar Rusiyanın Ermənistandakı səfirliyini bağlayıblar, diplomatlar binanı tərk edə bilmirlər.
Turanxeber.az xəbər verir ki, bu barədə TASS Rusiya diplomatik nümayəndəliyindəki mənbəyə istinadən xəbər verir.
“Səfirliyin binası bloklanıb. Əsas girişdə binanın qarşısında çoxlu nümayişçi var. Arxa giriş də bağlanıb”, – agentliyin mənbəsi bildirib.
O qeyd edib ki, səfirliyə gətirildiyi deyilən uşaqlar və qadınlarla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil: diplomatların ailələri evdədir və təhlükə yoxdur.
İrəvanda sakinlər Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər . Onlar baş nazir Nikol Paşinyanın istefasını tələb edir , baş verənlərə görə onu günahlandırırlar.