Dünyanın gözü və qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir. Ukrayna müharibəsi bütün sürəti ilə davam edərkən dünyanın gündəminə ilk növbədə ABŞ-dan gələn xəbərlər daxil oldu. ABŞ mətbuatı Ukraynanın “ən güclü xətti” pozduğunu açıqlayıb. Bu inkişafın müharibənin gedişatını dəyişdirə biləcəyi bildirilərkən, ABŞ-dan mövzu ilə bağlı flaş açıqlama gəldi.
Ötən ilin fevralında Rusiya prezidenti Putinin göstərişi ilə başlayan müharibə tam sürətlə davam edir.
Bir müddət Ukrayna ordusunun hücumuna qarşı müdafiə mövqeyi tutan Rusiyanın kabusu yaşanıb.
ABŞ mətbuatı Ukraynanın Rusiyanın ilk və ən güclü müdafiə xəttini keçdiyini dünyaya bəyan edib.
Rusiya işğalının ilk 18 ayı ərzində Ukrayna ordusu daha çox müdafiəyə keçib. Amma bu yay Ukrayna Qərbdən milyardlarla dollarlıq silahla dəstək alaraq hücuma keçdi.
“New York Post” (NYP) “Ukrayna əks-hücum Rusiyanın cənubdakı ən güclü müdafiə xəttini keçdi” başlığı ilə Rusiyanın hərbi resurslarının böyük bir hissəsini sözügedən xəttə daxil etdiyini yazıb.
General Oleksandr Tarnavskinin açıqlamalarının yer aldığı xəbərdə Rusiyanın ilk müdafiə xəttini qurmaq üçün vaxtının və resurslarının təxminən 60 faizini xərclədiyi vurğulanıb.
“Biz indi birinci və ikinci müdafiə xətti arasındayıq”, – deyə ukraynalı general bildirib.
Son hadisələrlə bağlı NYT bildirib ki, “müdafiə xətti pozulduqca, Moskva öz qoşunlarını qərbdə Xerson və şimal-şərqdə Lymanla birlikdə cənub bölgəsinə köçürməyə başlayıb”.
“Düşünürəm ki, ruslar ukraynalıların bu müdafiə xəttini keçə bilməyəcəklərinə inanırdılar”, – deyən Tarnavski, əks-hücumun minalardan təmizləmə səyləri səbəbindən yavaş irəlilədiyini iddia edib.
Gözlənilən açıqlama son hadisələrdən sonra ABŞ-dan gəldi. Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, Vaşinqton Ukraynanın son 72 saat ərzində “bəzi diqqətəlayiq irəliləyiş” əldə edən əks-hücum hərəkətini qeyd edib.
Bu irəliləyişlər ABŞ-ın yeni yardım paketinin bir hissəsi kimi mübahisəli tükənmiş uran sursatlarını göndərməyi planlaşdırdığı bir vaxta təsadüf edir.
Digər tərəfdən, Rusiya Kosmos Agentliyinin rəhbəri Yuri Borisov, nüvə Sarmat raketlərinin (Şeytan 2) müharibə vəziyyətinə gətirildiyini açıqlayıb.
Rusiya prezidenti Vladimir Putin tərəfindən qorunan “Şeytan 2” raketləri Rusiyanın paytaxtı Moskvadan atıldıqda İngiltərənin paytaxtı Londona çata biləcək mənzilə malikdir.
Yəni Rusiya çəkindirici güc çərçivəsində sözügedən raketlə bütün Avropa paytaxtlarını vurmaq gücünə çatır. ABŞ mətbuatının yazdığına görə, o, ABŞ-da da raketin məsafəsindədir.
Satan 2-nin İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombalarından 2000 dəfə güclü olduğu bildirilir. Raketin ən azı 10 nüvə başlığına sahib ola biləcəyi də məlumatlar arasındadır.
Turanxeber.az