FRANSA – ÜSTÜMÜZƏ GƏLƏN “RASİM”… – Qafqaza soxulmaq istəyən Fransanı və Makronu Laçında nə gözləyir?

Siyasət

““Rusları aşağılamayın” deyən və bizə işğalçılarla necə rəftar etməyi öyrədən o ölkənin prezidentidir ki, orada İkinci Dünya Müharibəsi dövründəki alman işğalı zamanı 4 il ərzində (bütün Fransa ərazisində) alman əsgərləri üçün “bardellər” fəaliyyət göstərirdi. Yəqin o, istəyir ki, Ukraynada da rus əsgərləri üçün “bardel” açılsın… Fransanın – “fahişə dövlətin”, Makronun bəyanatlarından sonra onu bu cür adlandırmaqdan çəkinmirəm, – ümumi hərəkət tendensiyası bax, budur…”

Bunu hələ ötən il Amerikada yaşayan tanınmış rusiyalı publisist Andrey Piontkovski Emmanuel Makron və ümumilikdə Fransa siyasəti barədə deyib.

İndi həmin bu Fransa və həmin Makron Ermənistanın və Qarabağdakı separatizm tör-töküntülərinin vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışır. Gah Azərbaycanın daxili işlərinə açıq müdaxiləni, ərazi bütövlüyümüzə qarşı hörmətsizliyi ifadə edən təxribatçı bəyanatlar verir, hədə-qorxu gəlir, “diplomatiya bitdi” deyir, Azərbaycanın hava sərhədinin pozulacağına işarə vurur, gah Qarabağda guya acından ölən ermənilərə “humanitar yardım” göndərir, gah Azərbaycan Prezidentinə zəng edərək nəyisə “aydınlaşdırır” və sair.

Məqsəd Ermənistanın vasitəsilə Cənubi Qafqaz regionuna girmək, burada Türkiyəni və Azərbaycanı sıxışdırmaq, eləcə də nəticə etibarilə Fransanın guya Makronun sayəsində qlobal oyunçu olduğunu göstərərək, daxili siyasətdə də “xal qazanmaq”dır.

Xəbər verilir ki, Fransa paytaxtı Parisin meri Ann Hidalqonun Ermənistana gələrək İrəvandan Laçın dəhlizinə gedən Fransaya aid “humanitar karvanı” müşayiət edəcəyi gözlənilir. Müxtəlif problemlər içində olan, miqrantların üsyan çıxardıqları, 3 gündən bir gah “sarı jiletlilər”in, gah digər qrupların dağıntılar törətdiyi Paris sakinlərinin öz merlərindən “sənin Laçında nə itin azıb”, – deyə soruşmaları gərək deyilmi? Guya Fransa bu qədər humanist, insanpərvər dövlətdirmi və Paris merinin başqa işi-gücü yoxdurmu?

Fransanın və Makronun nə, kim olduğunu avropalılar hamıdan yaxşı bilir. Məsələn, ötən ilin oktyabrında İtaliyanın xanım Baş naziri Giorgiya Meloni onun ölkəsinə və xalqına dil uzadan Makronun cavabını bu cür vermişdi: Emmanuel Makron bizi kinli və məsuliyətsiz adlandırıb. Bizim KİV-lər soruşurlar ki, “eşitmisiniz Makron nə deyib?”. Makron, məsuliyyətsizlər Liviyanı bombalayanlardır, ona görə ki, onları İtaliyanın Qəddafi ilə energetika sahəsindəki imtiyazlı əlaqələri qıcıqlandırırdı. Məsuliyyətsiz bizi qeyri-leqal miqrasiya xaosuna gətirib çıxaranlardır. Makron, kinli və məsuliyyətsiz miqrantları qayıqlara doldurub bizim Ventimilyoya göndərən fransızlardır. Ən əsası, nəhayət, hər şeyi öz adı ilə çağırmalıyıq.

Çirkinlik Fransa kimi Afrikanı sümürməkdə davam etməkdir. Çirkinlik Fransa kimi 14 Afrika ölkəsi üçün senyoraj şərtlərilə(Pul emissiyasından əldə edilən və emitent tərəfindən mülkiyyət hüququ əsasında gəlir mənimsənilməsi-red.) pul çap etmək və Afrikadakı uşaqları öz mədənlərində ağır şərtlərdə işlətməkdir. Məsələn, Nigerdə olduğu kimi. Bu ölkədə Fransa uran mədənlərinin 30 faizini öz AES-lərinin tələbatını ödəmək üçün istismar edir. Həmin vaxt Niger əhalisinin 90 faizi elektrik enerjisiz yaşayır. Bizə natasiyalar oxumaq lazım deyil, Makron. İnsanlar Afrikadan sizin əlinizdən qaçır və bu problemi afrikalıları Avropaya gətirməklə yox, Afrikanı sizin kimi avropalılardan azad etməklə həll etmək lazımdır…”

Bəli, üstümüzə belə bir saxtakar, riyakar dövlət və onun Makron kimi cinsi naməlum, “xoşqeyrət” başçısı gəlir – lap məşhur filmdə deyildiyi kimi, “qoymayın, üstümə İrasim gəlir”.

Ancaq Azərbaycan artıq belələrinin qarşısından qaçmağa vadar edilə biləcək məmləkət deyil, necə gəlirlərlərsə, elə də sərhəd qapılarımızda qalıb, çürüyəcəklər və dönüb gedəcəklər…

Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir