Şəhid övladları tələbə adını qazanıblar!
Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin bu il tələbə adını qazanan övladları:
• Şəhid polkovnik-leytenant Mehman Qənbərovun oğlu Nurlan Qənbərov – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Energetika mühəndisliyi
• Şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu – İstanbul Texniki Universiteti, ADA Universiteti
• Şəhid polkovnik-leytenant Nail Orucovun oğlu Əlihəsən Orucov – Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sənaye mühəndisliyi
• Şəhid baş leytenant Azər Şəmilovun qızı Aynurə Şəmilova – ADA Universiteti, Hüquqşünaslıq
• Şəhid çavuş Niyazi İsgəndərovun oğlu Ömər İsgəndərov – Mingəçevir Dövlət Universiteti, İnformasiya texnologiyaları
• Şəhid polkovnik-leytenant Atəm Əliyevin oğlu Vaqif Əliyev – Giresun Universiteti, İqtisadiyyat
• Şəhid polkovnik Zaur Nudirəliyevin oğlu Ömər Nudirəliyev – Azərbaycan Memarlıq və İnşaat Universiteti, Kommunikasiya sistemləri mühəndisliyi
• Şəhid baş leytenant Elmar İbayevin oğlu Hikmət İbayev – Alanya Alaaddin Keykubat Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti
• Şəhid mayor Əhməd Abdullayevin oğlu Hüseyn Abdullayev – ADNSU, Elektrik və elektronika mühəndisliyi
• Şəhid çavuş Bəxtiyar Bəkirovun oğlu Yavər Bəkirov – Azərbaycan Tibb Universiteti, Hərbi tibb
• Şəhid mayor Elşad Həsənovun qızı Aysun Həsənli – Xəzər Universiteti, Təsviri incəsənət müəllimliyi
• Şəhid çavuş Rahib Fətəliyevin qızı Tavat Fətəliyeva – Azərbaycan Dövlət Pedoqoji Universiteti, Riyaziyyat müəllimliyi
• Şəhid baş leytenant Orxan Əsgərovun qızı Aysu Əsgərli – Bursa Uludağ Universiteti, Diş həkimliyi
• Şəhid miçman Mirzə Axundovun oğlu Ağasəlim Axundzadə – İstanbul Aydın Universiteti, Biomedikal
• Şəhid mayor Sübhi Mürsəliyevin oğlu Rüstəm Mürsəliyev – Azərbaycan Texniki Universiteti, Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
• Şəhid mayor İlqar Verdiyevin oğlu Orxan Verdizadə – ADA Universiteti, Biznesin idarə edilməsi
Tələbə adı qazanan bütün şəhid övladlarını təbrik edir və gələcək həyatlarında uğurlar arzulayırıq!

Turanxeber.az