UEFA Azərbaycan millisinə qadağa qoydu

İdman

UEFA 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisini cəzalandırıb.

Yığmamız bundan sonra qurumun keçirdiyi İnkişaf turnirində iştirak edə bilməyəcək.

Avropa futbol təşkilatı bununla bağlı AFFA-ya məktub yollayıb.

Saytımız hazırda qadağanın səbəblərini araşdırır. Əlimizdə müəyyən bilgilər var və çalışacağıq ki, onları tezliklə oxucularımızın diqqətinə çatdıraq.

Füzuli Məmmədovun baş məşqçisi olduğu komanda mayın 1-dən 7-dək Albaniyanın paytaxtı

Tiranada keçirilən UEFA İnkişaf turnirində iştirak edib. Yığmamız burada Farer adaları, Albaniya və Moldova ilə üz-üzə gəlib.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir