Hindistanın qərbində yerləşən Qucarat ştatının ticarət və mədəniyyət mərkəzi Əhmədabad şəhərindən olan iş adamı Maheş Savanini bütün dünyada qeyd olunan Atalar Günü münasibətilə eyni anda 472 “qız”ı ürəkdən təbrik edib.
Bu gənc qadınlar kiçik yaşlarında atalarını itirən və 10 il əvvəl onların qayğısına baxmağa qərar verən Maheşin himayəsində olanlardır. Hər şey isə isə Maheşin qardaşı qəflətən vəfat etdikdən sonra və qardaşının iki kiçik qızının qayğısı onun çiyninə düşəndən sonra başlayıb. Bundan sonra iş adamı atasız qalan qız uşaqlarını himayə etməyi qərar verib.
Savani deyir: “Hindistanda ailə başçısını itirmiş qadının qızı ilə evlənməsi çox çətindir, çünki adət-ənənələr həyatındakı bu ən mühüm hadisə üçün böyük xərc tələb edir. Qıza qızıl və gümüş zinət əşyaları ilə yanaşı, cehiz kimi gözəl paltarlar, yeni qablar və ev işlərini təşkil etmək üçün lazım olan məişət texnikası da alınmalıdır. Əhalinin aztəminatlı təbəqələrindən olanlar “douri” (cehiz) olmayan gəlin faktiki olaraq bədbəxt nikaha məhkumdur”.
Uğurlu biznesmen olan Maheş hər toy mərasiminə 400 000 rupi (6 000 dollardan çox) xərcləyir. Təkcə bu ilin əvvəlindən 216 rəngarəng toy olub ki, burada Maheş özü qızların atası kimi çıxış edib.
Maraqlıdır ki, Maheş dinlər və kastalar arasında fərq qoymur. Erkən yaşda atasını itirən və Maheşin köməyi ilə təhsil alan və bu yaxınlarda ailə həyatı quran müsəlman qadın Naheda Banu təsirli şəkildə deyir: “O, atadan daha artıqdır – mən istərdim ki, dünyada hər bir qız arxasınca belə bir etibarlı dəstəyi hiss etsin”.

