Narahat edən hesabat: İran hər 6 saatda bir nəfəri edam edir

Dünya

2023-cü ildə İran hakimiyyəti tərəfindən ən azı 194 nəfər edam edilib.

Bu barədə məlumat İran İnsan Haqları Təşkilatının (IHR) hesabatında yer alıb.

Bildirilib ki, son iki həftə ərzində İranda edam edilən 42 nəfərin yarısı İran-Pakistan sərhədindəki Bəlucistan bölgəsindən olub və bu şəxslərin əksəriyyəti narkotik cinayətlərinə görə edam edilib.

Amnesty İnternational qeyd edib ki, bəluc azlığına qarşı tətbiq edilən ölüm cəzası sürətlə artıb.

Daily Star xəbər verir ki, beynəlxalq etirazlara baxmayaraq, ikili vətəndaşlığı olan bəzi iranlılar da edam edilir. İkili İsveç-İran vətəndaşlığına malik olan Həbib Fərəcullah Çaab şənbə günü (6 may) edam edilib və bu, İsveç hökuməti tərəfindən pislənib.

İran prokurorları 2018-ci ildə Xuzistanın cənubunda keçirilən hərbi paradda onlarla insanın ölümü ilə nəticələnən terror aktının arxasında Çaabın olduğunu iddia edib.

İranın keçmiş müdafiə nazirinin müavini Əlireza Əkbəri də nüvə sirlərini Britaniya hökumətinə verməkdə ittiham olunaraq yanvar ayında asılmışdı. 62 yaşlı Əkbərinin Mİ6 agenti olduğu iddia edilirdi, lakin Britaniya kəşfiyyat qurumu onunla əlaqəsi olduğunu heç vaxt etiraf etməyib.

IHR bildirir ki, İran 2022-ci ildə ən azı 582 məhbusu edam edib ki, bu da 2015-ci ildən bəri ən yüksək rəqəmdir.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir