Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
Hadisə Abşeron rayonu ərazisində baş verib.
Belə ki, onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
Allah Oktay Əliyevə rəhmət eləsin. Bu gün axşam saatlarında avtomobil idarə edərkən O.Əliyevin qəfildən ürəyi tutub. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. O.Əliyev qəzada həlak olub. Avtomobildə olan Dilarə Əliyeva və Mehriban Zəki yüngül xəsarətlər alıblar.



Turanxeber.az