Benzin və dizellə bağlı sürücülərə sevindirici xəbər

ölkə

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində nəzərdə tutulan yeni qurğuların tikintisi 93%, modernləşdiriləcək qurğuların tikintisi isə 99% yerinə yetirilib.

Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.
Yenidənqurma və modernləşdirmə layihəsinin məqsədi yüksək keyfiyyətli məhsul istehsalı ilə bərabər ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsidir.

“2022-ci ilin sonuna yeni qurğuların tikintisi 93%, modernləşdiriləcək qurğuların tikintisi isə 99% yerinə yetirilib. Layihə çərçivəsində “Avro-5” standartlarına uyğun dizel və benzin yanacaqlarının 2023-cü ildə istehsalı nəzərdə tutulub”, – deyə hesabatda bildirilib.

Qeyd edək ki, hesabatı Milli Məclisdə Baş nazir Əli Əsədov təqdim edir.  Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir