Nizami Gəncəliyə uzanan əllər

Mədəniyyət
Dəyərli dostlar, bu yazı İran şovinizminin son günlərdə yenidən alovlanan Azərbaycanın qüdrətli şair və mütəfəkkiri Nizami Gəncəlinin fars olması haqqında yersiz iddialarına konkret cavabdır.

Nizami Gəncəliyə uzanan əllər.
Bəli, məhz GƏNCƏLİ. Bu soyada diqqət edin. Şəkildə gördüyünüz məzar dahi Nizamiyə aiddir. Onun Gəncəvi adlandırılması ərəbcədir. Əslində isə məzardan göründüyü kimi onu Nizami GƏNCƏLİ kimi qəbul etmək lazımdır. Türk soyadı ilə. Sonradan onu əsərlərinin üzü köçürülən zaman nədənsə ərəbcə sonluqlu Gəncəvi soyadı ilə tanıtdırmağa başladılar. İranın Nizami Gəncəliyə olan iddiaları bu günün mövzusu deyil. Amerika tarixçisi Lev Slyozkin 1934-cü ildə SSRİ Yazıçılar Birliyinin birinci Konqresində nümayəndə heyətinin üzvü kimi çıxış edərək, Nizami Gəncəvini “Gəncədən olan türk” adlandırdıqdan sonra İran dəfələrlə Stalinə məktub yazaraq Nizaminin İran şairi kimi adlandırılmasını tələb etdi.
Bu barədə 3 aprel 1939-cu ildə Ukrayna şairi Nikolay Bajanın “Pravda” qəzetində məqaləsində ətraflı məlumat verilir. Məqalədə o, Stalinlə görüşündən danışırdı: “Yoldaş Stalin mənə azərbaycanlı şair Nizami ilə bağlı danışdı, onun əsərlərindən sitat gətirdi, o, bu sözlərlə əsaslandırmağa çalışırdı ki, Nizamini İran ədəbiyyatına vermək lazım deyil. Ona görə yox ki, farsca şeirlər yazıb, ona görə ki, o öz poemalarında farsca şeir yazmağa məcbur olduğunu və öz xalqıyla doğma dilində kontakta icazə verilmədiyini dəfələrlə göstərir”.
Yevgeni Bertels tərəfindən hazırlanan Böyük Sovet Ensiklopediyası 1939-cu ildə Nizamini Azərbaycan şairi kimi təqdim etdi və 1940-cı ildən sonra artıq Nizaminin azərbaycanlı olması bütün sovet alimləri tərəfindən qəbul olundu.
İranın məktublarına cavab verməyən Stalindən sonra bir müddət sakitçilik oldu, lakin II dünya müharibəsindən sonra yenidən İran Sovetlərə məktub yazaraq eyni iddia ilə çıxış etməyə başladı. Buna rəsmi cavabı 1947-ci il 22 sentyabrda SSRİ Yazıçılar İttifaqının sədri Nikolay Tixonov “Pravda” qəzetində belə verdi: “Aydındır ki, Nizami farsca yazıb. Azərbaycan xalqının düşmənləri olan burjua tarixçiləri, İran milliyətçiləri tərəfindən Nizaminin fars şairi kimi qələmə verilməsi və onun vətəni Azərbaycanla əlaqəsinin olmaması faktını iddia etmələri ilk dəfə deyil. Ancaq bu həyasız yalan heç kimi aldada bilmədi.”
T.Adəmiyyət 17 dekabr 1953-cü il tarixində “Pravda” qəzetinin redaktoruna da SSRİ EA-nın müxbir üzvü E.Bertelsin “Velikoe tvorenie Nizami” məqaləsinə etiraz məktubu göndərmiş, bənzər suallarla müraciət etmişdi. Nizami Gəncəvi ilə əlaqədar 1953-cü ilin 15 dekabr tarixində “Pravda” qəzetində Səməd Vurğunun “Velikiy Qumanist” (Böyük humanist) məqaləsi dərc edilmişdi. Məqalədə S.Vurğun yazırdı: “Başıbəlalı Azərbaycan xalqı tarixin çox sınaqlarından keçmişdir. Lakin o ən başlıcasını unutmamışdır: öz tarixini, öz milli dilini, öz mədəniyyətini, öz doğma oğlu və şairi Nizamini ki, qədim Azərbaycan şəhəri Gəncədə doğulmuş və orada yaşamışdır (indiki Kirovabad)”.
Son günlər isə Azərbaycanlı “alimin” çıxışı zamanı səsləndirlən bir şeir parçasını əsas götürən İran açıq aşkar Nizami Gəncəliyə hücuma keçib. Guya Nizami Gəncəlinin İran adlı şeiri olub.
“Həme aləm tən əst və İran del
Nist quyənde zin qiyas xəcel
Çün ke İran del zəmin başəd
Del ze tən be bud yəqin başəd”.
Bu “alimin” çıxışına görə ona cavab vermişəm. Amma burdan da ona yazıram:
1) Nizami Gəncədə yaşaya-yaşaya necə fars şairi ola bilərdi? İran adlanan dövlət ona necə iddia edə bilər? Gəncə şəhərinin XII əsrdə İran şəhəri olması haqqında fikir tamamilə yanlışdır. Gəncə necə İran şəhəri ola bilərdi ki, Nizaminin dövründə İranın özü Səlcuq imperiyasının bir hissəsi idi? Siz bunu yaxşı bilirsiniz ki, Pəhləvi sülaləsi ingilislərin köməyi ilə hakimiyyət başına gələndən sonra İran adı istifadə edilməyə başlanıb.
2) Bu şeir Nizami Gəncəlinin yazı stili deyil. Xll əsrdə Xorasanın, Həmədanin adları hallanır.Amma İran adlı dövlət tarixi yazılarda yoxdur. Xl və Xll yüzillikdə Xorasandan Türkiyəyə köç edən şiə türklər Türkiyədə Səlcuqlar hakimiyyəti dövründə şiəliyi ilk yayanlar olub. Amma İran adı yoxdur.
3) İranda hazırda bəzi dairələrdə Gəncə adı belə hallanmır. Onlar bura Kuruşabad deyirlər, çünki ruslar Kuruşa elə Kir deyirlər. Buradakı gizli niyyət də üzə çıxır. Azərbaycan şəhərini də iranlılaşdırmaq iddiasındadır Tehran rəsmləri. Buna nə deyirsiz?
Dahi Nizaminin farsca yazmasına dair. Əlbəttə, o dövrdə fars dili regionda ünsiyyət dili kimi çox istifadə edilirdi. Amma bu o demək deyil ki, farsca yazmaq fars olmaqdır. Nizami Gəncəlini orjinaldan oxuyanlar bilirlər ki, Nizaminin fars dili Firdovsinin fars dilindən fərqli idi. Bu dil türk dilinin təsiri altında olan dildir və bu dildə xeyli türk sözləri var.
İranın Nizami Gəncəlini fars və iran şairi adlandırmaqda məqsədi bəllidir:
1) O zaman ruslar, ermənilər və farslar Nizaminin türkcə şeirlərini yandıraraq məhv edib, ya da ərəbcə dediklərinə qiymət verməyiblər. Hətta onun farsca yazdığı əsərlərin məğzini təhrif etməyə çalışıblar. Onların da bu istiqamətdə tez- tez konfrans keçirməkləri buna xidmət edir. Sübut etmək istəyirlər ki, qədimdən hamı Şimali Azərbaycanda, Gəncədə farsca danışıb. Sonradan türk olublar. Nizami Gəncəvi də farsdır. İran mənsublarının niyyəti budur ki, Cənubi və Şimali Azərbaycan türklərinin irsini bu yolla təhrif edib, mənimsəsinlər.
2) “Öz tarixi olmayan İran özünə mədəniyyət yaratmaq üçün istənilən yola əl atır”.
3) İran təhsil sistemində, orta məktəb, bakalavr, magistr təhsil pilləri üçün nəzrdə tutulan dərsliklərdə Nizami Gəncəliyə az yer ayrılır, onun barəsində təhsil müəssisələrində az danışlır. Bilirsiniz niyə? Çünki Nizami Gəncəlinin fikirləri İranda hazırda hakim olan molla rejiminin yaratdığı Xomeyniçilik ideyaları ilə üst-üstə düşmür. Eyni zamanda “İsgəndərnamə” əsəri onların guya “tarixi” dövləti olan Əhməniləri məğlub edən İsgəndər Makdeoniyalıya həsr edilib. Nizami necə fars şairi ola bilərdi ki, onların böyük “imperiyalarını” məhv edən Sərkərdəyə ayrıca poema həsr edib? Demək, burda dava Nizami Gəncəlinin kimliyi və şəxsiyyəti deyil, Şimali Azərbaycana olan həyasız iddialardan danışmaq lazımdır.
Nizami Gəncəlinin kimliyini “Xosrov və Şirin” əsərinin sonunda öz övladını türkzadə (türk oğlu) adlandırmasından görmək olar:
Əgər şod torkəm əz xərgəh nəhani,
Xodayə, torkzadəmva to dani.
(Əgər türküm çadırdan gizlinə çəkildisə də,
Xudaya, türk balasını sən özün qoru.)
Dosent Zaur Əliyev
Turanxeber.az
Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir