Yazıçı, dostuna görə hər kəsə müraciət etdi

Cəmiyyət
 Azərbaycan xalqı yardımsevər xalqdır! Hz Əli: Xeyirli işləri sabaha saxlama. Sabah olar, sən olmazsan. Xeyir iş görmək, kömək etmək hər bir insanın insanlıq borcudur.
Əziz dostlar, dəyərli və mərhəmətli Azərbaycan xalqım! Biz hər zaman köməyə ehtiyacı olan insanlara kömək etmişik, Allaha xatir çox insanlara yardımlar etmişik. Buna görə mərhəmətli insanlara, kömək əli uzatmaq imkanı olan və bunu Allaha xatir edən hər kəsə minnətdarıq. Odur ki, geniş, uzun-uzadı mətn yazıb sizləri yormaq istəmirəm. Bildirmək istəyirəm ki, bu gün belə köməyə ehtiyacı olan qardaşlarımızdan biri Yevlax rayon, Rüstəmli kənd sakini Məmmədov Sadiq Soltan oğludur. O, iki azyaşlı uşaq atasıdır. Sadiq qaraciyər xəstəliyindən əziyyət çəkir, ona təcili qaraciyər köçürülməlidir, əməliyyata yüz min manata qədər vəsait tələb olunur. Hər birinizdən xahiş olunur Allaha xatir köməkliyinizi əsirgəməyin. Yazıçı, şair Natiq Əlisoy.
Fotoğrafı Aç
Fotoğrafı Aç
Turanxeber.az Natiq Əlisoy.
Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir