Şeyx İrandakı nümayəndəsini “Təzə Pir”ə rəis təyin etdi – FOTOLAR

DIN

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə “Təzə Pir” məscid kompleksinə rəis təyin edib. 

Turanxeber.az bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, QMİ-nin İrandakı nümayəndəsi Hacı Şamil Rəsulov “Təzə Pir” məscid kompleksinin rəisi təyin olunub.

Qeyd edək ki, Şamil Rəsulov 2014-cü ildə QMİ Qazılar Şurasının üzvü, Fətva şöbəsinin müdir müavini vəzifəsindən azad olunaraq, idarənin İranda nümayəndəsi təyin olunmuşdu.

Xatırladaq ki, “Təzə Pir” məscid kompleksinin rəisi Hacı Hatəm Mirzəyev 08.11.2022-ci ildə 65 yaşında dünyasını dəyişib. Turan

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir