Evə başqa qadın gətirmək istədi, qarşı çıxan arvadını öldürdü – Azərbaycanda (VİDEO)

Kriminal

Cəlıilabadda baş verən qətlin yeni detalları məlum olub.

Qətlə yetirilən qadının hadisədən təxminən 4 həftə əvvəl döyülərək xəstəxanaya çatdırılıb.

 

 

Xəstəxana önündə fəryad edən mərhumun atası Qurban Abbasov tükürpərdən faktları açıqlayaraq söyləyib ki, qızının əri 6 övladı ola-ola başqa qadını evinə gətirib.

“Öz halal arvadı, 6 uşağı ola-ola arvad gətirib evində saxlamaq istəyib. Qızım da razı olmayıb. Döyüb, qabırğalarını qırıb. Valideyn kimi qarışmaq istəmədim. Dedim, bəlkə ər-arvaddırlar barışarlar. Amma gördüm ki, yox, qızıma gün vermir. Şikayət də etdim, baxan olmadı”.

Qeyd edək ki, bu gün səhər saatlarında rayonun Muğan kəndində 1987-ci il təvəllüdlü Elxan Əmanov həyat yoldaşı, 1992-ci il təvəllüdlü Aysel Abbasovanın bıçaqla qətlə yetirib. Daha sonra E.Əmanov sirkə turşusu içərək intihara cəhd edib.

 

 

 

Turanxeber.az

 

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir