“Ötən gecə Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb, yüzlərlə insan həlak olub və minlərlə yaralananlar var.”
“Zəlzələnin təsir dairəsində olan bölgələrdə yaşayış binaları ilə bərabər inzibati və tarixi binalara da güclü zərər dəyib. Çox təəssüf ki, tarixi Qaziantep qalası da zəlzələnin təsirindən dağılıb. Baş vermiş təbii fəlakətlə bağlı Türkiyənin ölkəmizdəki Böyük Elçiliyinə və onların şəxsində bütün qardaş türk xalqına dərin üzüntülərimi bildirir, zəlzələdə həyatını itirənlərin ailələrinə başsağlığı diləyir və bütün yaralılara şəfa arzulayıram. Əminəm ki, qəhrəman türk xalqı bu sınaqdan da şərəflə çıxacaq, zəlzələnin nəticələri tezliklə aradan qaldırılacaq. Bu çətin zamanda hamılıqla türk xalqının yanındayıq.”
DEPREM Merkez 04:17 7.4°
5 km derinlik 4.Seviye Alarm
TSK ve Jandarma Olağanüstü Hal
Kahraman Maraş Pazarcık
10 İlimize geçmiş olsun.Kayıplarımız,yıkılan yerler çok.Yaralılara acil şifalar. Diyarbakır:7,Bingöl,Adıyaman,Adana Osmaniye:5 Malatya:23 ŞanlıUrfa:18
6.6° 32 artçı sarsıntı



