Söyüdlər gözəldir həyalı qıztək, Amma bar-bəhrəli bağ ola bilməz. Həvva Alıyeva-FOTO

Mədəniyyət

   Turanxeber.az saytının bü günki qonaqı şairə Alıyeva Həvva Nazim qızıdır.
Şairə öz rənga-rəng şerləri ilə bizə uzaq ellərdən qonaq gəlib.Ədəbiyyat aləminin sirli dünyasının şəfalı suyundan o da içib. Gəlin şairə ilə yaxından tanış olaq.
Alıyeva Həvva Nazim qızı 1980-ci ildə, mayın 20-də Gədəbəy rayonunun Çanaqçı (Ağamalı) kəndində anadan olub.
1986-cı ildə həmin kəndin məktəbində birinci sinfə başlayıb, 1997 -ci ildə orta məktəbi bitirmişdir. Ali təhsilini Rusiyanın Sankt-Peterburq şəhərində alaraq, Sank-Peterburq Dövlət İqtisad Universitetinin “Dövlət və bələdiyyə idarə etməsi” fakultəsini bitirmişdir. Hazırda Rusiya Federasiyasının Komi Respublikasının Sıktıvkar şəhərində yaşayır. İş həyatında daim rəqəmlərlə ünsiyyətdə olan Həvva Nazim ədəbiyyatla da ünsiyyətini kəsmir, əksinə o bağı daha da möhkəmlətməyə çalışır. Orta məktəb illərindən xalq yaradıcılığına, ədəbiyyata olan marağı onu 2021-ci ildən fikirlərini, duyğularını nəzmlə ifadə etməyə şövq edir.Ailəlidir, iki övladı var.

Tumarla başların, oxşa, sığal çək.
Söyüdlər gözəldir həyalı qıztək,
Amma bar-bəhrəli bağ ola bilməz.

Gecələr

Hilal ulduzlarla rəqs edər göydə,
Daha da şövq ilə yanar gecələr.
Nədəndir seyr edib ayla ulduzu,
Aşiqlər yarını anar gecələr?!
*
Yerində olarmı, deyin görək, huş,
Ürəyin sevdaya əgər gəlsə tuş?!
Olub məhəbbətin bir nəğməkar quş,
Qərib xəyalına qonar gecələr.
*
Azarsan yolunu aranın, dağın,
Hərdənbir islanar quru yanağın,
Boğuq hıçqırıqlar olar qonağın,
Ürəyin sevinci danar gecələr.

Olar

Söz var ki, söylənsə qəlbə məlhəmdir,
Söz də var, yarana ancaq duz olar.
Söz var ki, yay günü qışı gətirər,
Titrədər insanı, ürək buz olar.
*
Söz var, atalardan bir yadigardır,
Əməl etməyənin dünyası dardır.
Söz var, daşdan keçər, kəsəri vardır,
Yox eylər qayanı, duman, toz olar.
*
Sözün arxasında dayanaq ərtək,
Kəlamı seçək biz, olsunlar zərtək,
Gözəl söz səslənər gözəl əsərtək,
Həvva ha dinləsə, yenə az olar.

Olmaya

Keçir ürəyimdən, bilsəniz, nələr
Kimsənin könlündə qəmi olmaya.
Hər zaman sevincdən kövrələ insan,
Gözündə dərdlərin nəmi olmaya.
*
Hamının ruzisi, qisməti ola,
Əlinin halalca zəhməti ola,
Kamala yetişə, hörməti ola,
Mərifət sarıdan kəmi olmaya.
*
Həvva, boğulursan, gəlmir nəfəsin,
Dili də, qolu da bağlı hər kəsin.
Haqsızlıq görəndə çıxara səsin,
Vicdanın lal olan dəmi olmaya.

Bir “Ruhani” çal

Aşıq qardaş, köklə kövrək sazını,
Buz qəlblərin ərit, axıt buzunu,
Qoy yayılsın dərə-təpə uzunu,
Dağı-daşı bir lərzəyə sal görək,
Çal, ay aşıq, bir “Ruhani” çal, görək.
*
Nənə, baba havasıdır o bəstə,
Qol qaldırıb sındırarlar ahəstə,
Dinlədikcə şəfa tapar hər “xəstə”,
Ruhumuza təbib, loğman ol görək,
Çal, ay aşıq, bir “Ruhani” çal, görək.
*
Babalardan miras qalıb telli saz,
Vur mizrabı, bizi bizdən al bir az,
Dur meydanda hünər göstər, dastan yaz,
“Ruhani”ylə könüllərdə qal, görək,
Çal, ay aşıq, bir “Ruhani” çal, görək.

Qələbələr çala ha.
Yaradanım gözəlliyi bol versin,

Gül yaraşar hər yamaca, yala ha.
Hər insana hamar, dümdüz yol versin,
Düzülməsin daş cığıra, yola ha.
*
Acı sözlər kövrək qəlbə bir oxdur,
Söz getdimi, dönməsinə yol yoxdur.
Dünyamızda dərdli insan nə çoxdur,
Yığ dərdləri, ver atəşə, qala ha.
*
Kasıba nə varlıların dəbindən?
Qazanc çıxır sanki dəniz dibindən,
Heç bir cavan utanmasın cibindən,
Dost -tanışdan qoy qalmasın dala ha.
*
Bu dünyada​ anılarsan rəhmətlə,
Hər kəs ilə bil, davransan hörmətlə,
Halal çörək qazanılar zəhmətlə,
Qüvvət versin Rəbbim ələ, qola ha.
*
Hər alına zəhmət təri bulana,
Halal ömrə, Həvva, ömür calana,
Yer üzündə haqq-ədalət dolana,
Xeyir şərə qələbələr çala ha.

Qalıb.

Sən, ey Vətən adlı qocaman anam,
Adın hər kəlməmdə, dilimdə qalıb.
Qoynuna səs salan şaqraq gülüşüm,
O ötən​ çağımda, ilimdə qalıb.
*
Buxarı küncündə yanardı çıra,
Balaca bir damı bələyib nura,
Ətirli günlərim gedibdi hara?
Kömbənin xoş ətri külümdə qalıb.
*
De, necə güc tapım özüm-özümdə?
Həsrət haray çəkir yenə sözümdə.
Nazlı bənövşənin nazı gözümdə,
Nərgizin qoxusu əlimdə qalıb.
*
Dağınıq saçların eşit gileyin,
Daransın istəyir…olub ləlöyün.
Dağların hakimi dəli küləyin,
Çəkdiyi sığalı telimdə qalıb.
*
Musiqi səsiylə canlanar həyat,
Sevincə bürünər hər el, hər elat.
Həvəslə qurulan şadlıq, toy-büsat,
Yaman uzaqlarda…elimdə qalıb.

Yaşa, əlvan kəlağayım

Tarixlərdən birlikdə yol gəlmişik,
Həm kövrəlib, həm sevinib gülmüşük,
Bir ucunla gözümüzü silmişik,
Qız-gəlinlər qoy bağlasın başa hey!
Yaşa, əlvan kəlağayım, yaşa hey!
*
Xonçalara nur saçan gün, ay idin,
Xoş xəbərçün muştuluğa pay idin,
Sandıqlarda cəvahirə tay idin,
Ol könlümə yenə sultan, paşa hey!
Yaşa, əlvan kəlağayım, yaşa hey!
*
Butaların gülümsəyə, naz edə,
Könüllərdə zimistanı yaz edə,
Qanad açıb hər yana pərvaz edə,
Səs-sorağın sərhədləri aşa hey!
Yaşa, əlvan kəlağayım, yaşa hey!
*
Babəkləşək, düşmən bağrın dağlayaq,
Al qırmızı kəlağayı saxlayaq,
Əsgərimçün darvazaya bağlayaq,
Tuş gəlməsin sevincimiz daşa hey!
Yaşa, əlvan kəlağayım, yaşa hey!
*
Arzumdur ki, qaranlıqlar dan olsun,
Kəlağayım millətimə şan olsun,
Təbriz, Bakı bütövləşib can olsun,
O tay, bu tay olaq birgə, qoşa hey!
Yaşa, əlvan kəlağayım, yaşa hey!
Fotoğrafı Aç

TURANXEBER.AZ
Hazırladı Baş redaktor Güllər Amin   Bakı.
Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir