Azərbaycanlı şairə 20 yanvar günü vəfat etdi

Ədəbiyyat

Azərbaycan Yazıçılar Birliyinin Şirvan bölməsinin üzvü, şairə Solmaz Şirvanlı (Solmaz Ağaxan qızı Ədilova) dünyasını dəyişib.

Qeyd edək ki, Solmaz Ağaxan qızı Ədilova 1955-ci il fevralın 1-də Şamaxı rayonunun Ovculu kəndində dünyaya göz açıb. 1972-ci ildə orta məktəbi bitirib. 1994-1995-ci illərdə Musa Yaqubun redaktor olduğu “Cavanşir yurdu” rayon qəzetində çalışıb.

Ədəbi yaradıcılığa 1977-ci ildən başlayıb, ilk şeiri “Yeni Şirvan” qəzetində çap olunub.

Onun şeirləri “ZİRVƏ” Poeziya antologiyasında (2015-2020), “Sazlı-sözlü Borçalı” (2018-2020) və “Canım Azərbaycanım” (2019-2020) ədəbiyyat qəzetlərində drəc olunub.

       
Solmaz Şirvanlı ruhun şad olsun.
Şair Gilə Dərýa Bayramova.
*****
Solmaz Şirvanlı təkdir gözumdə,
Nurun parçasıydı,gördum uzundə.
Sevirəm söylədin,dedin dilində,
İndi haradasan,səni görmurəm.
*****
Aldı zalım fələk,saldı cənginə,
Dözə bilmir sevənləri hicrinə
Sellər axıb su tökub səhənginə,
İndi haradasan,səni görmurəm.
*****
Əziyyətin oldu qayğıkeş bacım,
Urəyin yanar dağ,cəfakeş bacım.
Sevərdin insanı,möhlətkeş bacım,
İndi haradasan,səni görmurəm.
*****
Şeir sədəflərin,boyunbağıdır,
Sözlərin həm bal,həmdə acıdır.
Yeddi qatdan keçən,sözun ağıdır,
İndi haradasan,səni görmurəm.
*****
Ağlayır urəyim,kamana dönub,
Çörəyin dadı yox,samana dönub.
Olum ya ölum həyat amana dönub,
İndi haradasan səni görmurəm.
*****
Uymadı nə şana nə də şöhrətə,
Solmaz Şirvanlı,layiq hörmətə.
Gilə Dərya söz salmadı söhbətə,
İndi haradasan, səni görmurəm.
*****
20 Yanvar 2023
Ruhuna salavat şairə.

Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir