Qanlı 20 yanvar günü.

Cəmiyyət

Şairlərin  20 yanvar gününə  həsr olunmuş   şerlər.                

Fotoğrafı Aç

  Cümşüd ƏLİ Ağayev
O şənbə gecəsi, yanvar səhəri “O ölüm gecəsi xalqımızın dövrlərinin ən müdhiş gecəsidir.

O gecəni unudanlara ar olsun “!

Şəhidlər torpağa tapşırılanda,
Xalqımın fəryadı qəlb dağlayırdı!
Onlara yas tutub ana təbiət,
Çiskinlə,yağışla qan ağlayırdı.

Şəhidlər.

Ömrün bahar vaxtı, gülşən çağında,
Bir qönçə gül kimi,soldu şəhidlər!
Azadlıq uğrunda, Vətən yolunda ,
Bəşəri lərzəyə saldı şəhidlər!

Yazıldı tarixə canı,qanıyla,
Dildə dastan oldu adı, sanıyla,
Dünyaya sığmayan şöhrət, şanıyla,
Əbədi tarixdə qaldı şəhidlər!

Vətənçün alışdı, xalq üçün yandı,
Namərd gülləsindən qana boyandı,
Düşmənin önündə məğrur dayandı,
İgidliklə Rüstəm Zaldı şəhidlər!

Tankların altında xurd-xəşil oldu,
Ən Ali arzuya o nail oldu,
Doğma Azərbaycan müstəqil oldu,
Fələkdən kamını aldı şəhidlər!

Önündə səcdəyə dayanaq hər gün,
Qəlblərdə daşıyaq bu kədər yükün,
Anlayaq gələcək nəsillər üçün,
Azadlıq zəfərin çaldı şəhidlər!
Allah qəni-qəni rəhmət eləsin bütün şəhidlərimizə. Amin.
Şeir də ki, gözəl.

Ölməz axı!

Yana-yana gəl ağlama,
Ürəyimi sən dağlama,
Şəhidlərə yas saxlama,
Şəhid yaşar ,ölməz axı!

Sən ağlasan düşmən gülər,
Türk soyumu aciz bilər,
Alçaq,qorxaq, nadan, ölər,
Şəhid yaşar, ölməz axı!

Getsə də başının tacı,
Gəl ağlama acı-acı,
Ruhu səndən küsər bacı,
Şəhid yaşar ,ölməz axı!

Sən ağlama dayan məğrur,
Azadlığa açar odur,
Günəş ilə qoşa durur,
Şəhid yaşar ,ölməz axı!

Fotoğrafı Aç

     Brilyant. Ateş

O qanlı gecə.
Dünya çalxalandı, yer, göy qovuşdu,
Ulduzlar köç etdi o qanlı gecə.
Ay göz yaşlarını boğa bilmədi,
Nitqlər də batdı,o qanlı gecə.

İnsanlar vüqarla çıxdılar önə,
Azadlıq uğrunda qıydılar cana,
Qanları leysantək axdı hər yana,
Səslər ərşə çatdı o qanlı gecə.

Qana susamıştək gəlirdi tırtıl,
İnsanı ortadan bölürdü tırtıl,
Bu dəhşət içində gülürdü tırtıl,
Çox nüfuzlar itdi o qanlı gecə.

Atəşin ağzından alov darandı,
İnsanlar ayıldı, birlik yarandı,
Xalqın nicat yolu ancaqTurandı,
Köləliyi atdı o qanlı gecə.

20 Yanvar hadisələrinə həsr edirəm.

Tanklar əjdahıtək hücuma kecdi,
Azğın ovçu kimi gəzdi o gecə,
Neçə günahsızı, neçə körpəni,
Çeynədi, dişində əzdi o gecə.

Əl əldən üzüldü, can- candan keçdi,
Od tökən güllələr bədənlər biçdi,
Susamış vəhşilər al qanı içdi,
Kəsilmiş qol-qılça yüzdü… O gecə.

O zülmət gecənin gözü ağladı,
Xəzər fəğan etdi, düzü ağladı,
O qanlı Fələyin özü ağladı-
Vəhşi insanlardan bezdi o gecə.

Səhərin sübh danı qanla oyandı,
Atəş eşidəndə qanı dayandı,
İlahi, olanlar sənə əyandı,
“Qəssab”neçə başlar üzdü o gecə.

Fotoğrafı Aç

Suleyman  Sultansencer

 

20 yanvar şəhidlərinə+++
Bûtûn şəhəri bûrûyûb duman,
Qapqara bulutdur, mavi asiman,
Tankın tûstûsûndən, boğulur insan.
Yerdə, su yerinə, ancaq qan axır!

Zűlmət qaranliqdır, indi bu gecə,
Tanklar hücum edir xalqa gizlicə,
Ìnsan qanı ilə, bitir, nəticə,
Yerdə su yerinə, ancaq qan axır!

Rus hərbiçiləri itlə gəzirlər,
Uşağı, qocanı tankla, əzirlər,
Ìnsanlar bu zúlmə, zorla dõzûrlər.
Yerdə su yerinə,ancaq qan axır!

Qərənfillər bəzəyibbir hər yanı,
Yuyulmur asfaltda şəhidin qani,
Ah, nalə, bûrûyûb, bûtûn Cahanı.
Yerdə su yerinə, ancaq qan axır!

Qanlı, qadali gûndûr, iyirmi yanvaq,
Şəhərdə firlanir, quduz canavar,
Sûleyman da bilir, Dûnyada haqq var.
Yerdə su yerinə, ancaq qan axır!
Bakı:1990-cì il.

Fotoğrafı Aç

  Ramilə  Eliyeva.

O şənbə gecəsi, yanvar səhəri

Azadlıq ruhuna köklənən bir xalq,
Bir şənbə gecəsi nigaran,oyaq.
Susur düşüncələr,durğundur fikir,
Bu xalq azadlığın həsrətin çəkir.

Meydan insanlarla qaynayır, daşır,
Şüarlar səslənir, tələblər coşur.
Bir anda qaranlıq çökür hər yerə,
Bu nə fəlakətdir,bu nə zəlzələ.

Azad dövlət üçün çalışan millət,
Sipər edər köksün tanklara əlbət.
O şənbə gecəsi verir hökmünü,
Mümkünə çevirir çox namümkünü.

Güllə yağışına tutulur şəhər,
Hər yerə tökülür giliz,qəlpələr.
Matəm libasına bürünür Bakı,
Dan yeri sökülür fəryadla sanki

O gecə çox şeylər olur aş(i) kar,
Bilindi bu xalqın böyük əzmi var.
Azadlıq verilmir,alınır bəli,
Buna şahid oldu Yanvar səhəri.
11.01.2023.

Zaur Sair Na’qani. Şirvani
 O , qanlı yanvar gecəsi.

Düzüldülər cərgə-cərgə
Qaçmışdı ölüm qorxusu
Bürümüşdü qan qoxusu
Küçələri bircə-bircə
İzləyirdi ”QIZ QALASI,,
O ,qanlı yanvar gecəsi.

Qatıllərin Xalqa sarı
Bitməyirdi hücumları
Cavanları , uşaqları
Qol-qol gəzən aşiqləri
Gülələdilər hər kəsi
O , qanlı yanvar gecəsi.

Nəfəs kəsən inləmələr
Getməyirdi qulağımdan
Ayrıldı qol budağından
Səs çıxmadı dodağından
Boğazında qaldı səsi
O , qanlı yanvar gecəsi.

İt sürüsü düzüm-düzüm
Mırlasada , kükrəsədə
Qorxudmadı Xalqın gözün
İtirmədi bir kəs özün
Titrətdilər yer kürəsin
O , qanlı yanvar gecəsi.

Sığmayırdı yerə göyə
Nalə dolu çağırışlar
Bir, birinə dəyə-dəyə
Od qaladı ürəklərə
Ölənlərin xatirəsi
O , qanlı yanvar gecəsi.

Düşmənin tərs planından
Xəbırsizdi ,dinc əhali
Heç ummadan qonağlardan
Atəş səsi uzaqlardan
Yaxınlaşdı məsafəsi
O , qanlı yanvar gecəsi.

Cəlladların insafı yox
Biçdilər ot biçən kimi
İnsanları oyuğ-oyuğ
Göy sulara qayığ-qayığ
Daşıdılar ölənləri
Duyulurdu iniltisi
O ,qanlı yanvar gecəsi.

Doymayırdı ”na,,ərənlər
Üstümüzə gpndərənlır
Bilirdilər sonu yoxdu
bu millətdə qorxu yoxdu
Çəkinirdi komandirlər
Sübhə qədər döyüşdülər
Yetdi sona güllə səsi
O , qanlı yanvar gecəsi.

Yazıldı o, gün tarixə
Bu Xalqın şöhrəti ilə
Müstəqillik qazanıldı
Millətimin qanı ilə
Qansız ordunun önünə
Qala çəkdi canı ilə
Dilində Vətən kəlməsi
O , qanlı yanvar gecəsi.

Fotoğrafı Aç

Arzu Tahirqızı (Xasayeva)

 

Müqəddəs Vətən üçün candan keçdi oğullar,
“Xalqa Azadlıq” deyib ölüm seçdi oğullar,
Qərənfildən Bakıya libas biçdi oğullar,
Çevrilib qan gölünə dönən o meydanları.
Unutmarıq heç zaman nakam gedən canları,

Zülmət gecə, hər tərəf qan rənginə boyandı,
Azərbaycan o səhər faciəylə oyandı,
Milyonlarla ürəklər qopdu, alışdı, yandı,
Ürəkdə qan donduran o dəhşətli anları.
Unutmarıq heç zaman nakam gedən canları,

Vətənin göylərinə çəkdiniz al bayrağı,
Amalınız, yolunuz bu Vətənin dayağı,
Tankın altında qaldı başı, qolu, ayağı,
Tankların qabağında tank olan aslanları.
Unutmarıq heç zaman nakam gedən canları,

Azğın düşmən önündə siz mərdliklə durdunuz,
Milyonlarla ürəkdə taxtı təvan qurdunuz,
Rahat uyuyun orda, azad olub yurdumuz,
Al qanına boyanmış körpəcə fidanları.
Unutmarıq heç zaman nakam gedən canları,

Bundan otuz il sonra bütövləşdi yurdumuz,
Qələbələr qazandı, mətin , Şanlı Ordumuz,
Azadlıq gətirdiniz, bütöv Vətən qurdunuz,
Məzarda param-parça yatan o qurbanları.
Unutmarıq heç zaman nakam gedən canları,

Mərd oğullar, mərd qızlar önünüzdə diz çökür,
Ahu- nalələr edib, acı göz yaşı tökür,
O gecənin ağrısın hələ də bu el çəkir,
Yazırıq şəninizə igidlik dastanları,
Unutmarıq heç zaman nakam gedən canları.
20. 01.2022 (kutlama efektiyle gönderdi)

Fotoğrafı Aç

Nizami Qərib

 

ŞƏHİDLƏR.

Vətənin adını, uca tutdunuz,
Tarix adınızı silməz, şəhidlər.
Elə bir məqama, gedib çatdınız,
Qürurlu, yenilməz, ölməz şəhidlər.

Bayrağa qatıbdır, qanınız rəngi,
“Şikəstə” bəs edər, çaldıraq cəngi.”
Bir əlində Quran, birində süngü,
Qorxunu tanımaz, bilməz şəhidlər.

Xalqın qan yaddaşı, tarixi, sizsiz.
Günəşdən süzülən işığı, sizsiz.
Yaşlısı, cavanı, uşağı sizsiz,
Azadlıq yolundan, dönməz şəhidlər.

İyirmisi yanvarda, bir tarix yazdız,
Qan ilə qar üstə, dür tarix yazdız.
Ocaq tarix yazdız, pir tarix yazdız,
Məşəli əbədi, sönməz şəhidlər.

Halaldır südünüz, pakdır zatınız,
Yeddinci qatdadır, sizin qatınız.
Nə qədər yaşayır, Şəhid adınız,
Düşmənin ürəyi gülməz, şəhidlər.

ŞƏHİDLƏR XİYABANI

Xalqın qibləgahıdır,
Şəhidlər xiyabanı.
Ümidi, pənahıdır,
Şəhidlər xiyabanı.

Tariximin gözüdür,
Söhbətidir, sözüdür.
Dünənimin izidir,
Şəhidlər xiyabanı.

Ocağımdı, pirimdi,
Gövhərimdi, zərimdi,
Qürurum, and yerimdi,
Şəhidlər xiyabanı.

Sarsılmayan vüqardı,
Gələcəyə memardı,
Qərənfilə məzardı,
Şəhidlər xiyabanı.

Zaman bizi sınadı,
Ağrım şana-şanadı.
Şəhidlərə anadı,
Şəhidlər xiyabanı.

Fotoğrafı Aç

         Nailə Şahverdi.

 

20 января.
Опять за окнами январь,
Двадцатое число.
В тридцатый раз нам календарь
Про то напомнил зло.

Когда людей невинных кровь,
Пролилась вдруг в ту ночь.
За что такая не любовь?
Нет сил всё превозмочь.

Над головой людей летят
Пуль автомата рой.
Враги за что же нам так мстят,
Нарушили покой?

Не умолкает крик людей,
Повсюду стон и плач.
Смерть забирает жизнь детей,
Их не щадит палач.

Погас для них так рано свет…
Такое как простить?
И с этой болью тридцать лет
Мы продолжаем жить.
Январь2020

20 ЯНВАРЯ.

И сквозь года, и сквозь метель и вьюгу
Я вижу вновь январскую ту ночь,
Когда лишилась женщина супруга,
Когда погибла так нелепо дочь.

Я снова слышу, танки как гремели,
Я слышу вновь ужасную стрельбу,
Хотя с тех пор и годы пролетели,
Но позабыть я это не могу.

В лицо им дул холодный зимний ветер,
От грохота дрожала вся земля.
И стал для них последним этот вечер…
От смерти их судьба не сберегла.

И в каждый час трагической той ночи
Смерть уносила сотнями людей,
Смешались трупы, раны кровоточат
Безвинных женщин, стариков, детей.

Опять метель, опять бушует вьюга,
Ложится снег на чёрный мрамор плит.
Скорбит жена по своему супругу,
И по своей дочурке мать скорбит.

Fotoğrafı Aç

Mais Təmkin.

YENƏ DƏ YADIMA DÜŞDÜ ŞƏHİDLƏR

Dalğın baxışlarla yolu gedirdim,
O günləri xəyalıma gətirdim.
,Ah” çəkib yanıqlı bir köks ötürdüm,
Yenə də yadıma düşdü şəhidlər.

Danışmadım, nə güldüm, nə çağladım,
Ürəyimdə sevinc yolun bağladım.
Nə gizlədim, həzin-həzin ağladım,
Yenə də yadıma düşdü şəhidlər!

Onda ki faciə üz verdi bizə:
Elə bil, qəlbimə sancıldı nizə.
Gözlərim önündə İlham-Fərizə,
Yenə də yadıma düşdü şəhidlər.!

Sanki ətimizi çəkdilər şişə,
Nə söyləyim, o dövrana, gərdişə?
Nəzər saldım tariximə, keçmişə,
Yenə də yadıma düşdü şəhidlər!

Fotoğrafı Aç
Ziba Sevindik.
O gecə 20 Yanvar faciəsinə

Başımız üstünü qara buludlar,
Heç nədən, qəfildən aldı o gecə.
Sevən ürəkləri qara, bəd xəbər,
Bir anda dərd-qəmə saldı, o gecə!

Neçə ər oğulun, neçə ər qızın,
Matəmə büründü toyu, büsatı.
Analar dilində naləyə döndü,
Ürəklər göynədən ağı, bayatı.

Günahsız tökülən al qanlar ilə,
Yazıldı xalqımın qanlı tarixi.
Bu nə bir xəyal, nə röya idi,
Yarandı millətin canlı tarixi .

Qaniçən düşmənin vəhşiliyiylə,
Qurbanlıq körpələr boyandı qana.
Gözü yaşlı qaldı, ana-bacılar,
Göz dağı çəkildi Azərbaycana!

Səslədi milləti müstəqilliyə,
Zülmün zəncirini qıran şəhidlər.
Qovuşdu əbədi bir ölməzliyə,
Yaşayır qəlblərdə , hər an şəhidlər!

Fotoğrafı Aç
 Qulu Xaləddinoğlu 


O GECƏ.
O qanlı gecəni xatırlayanda,
Elə bil başımda şimşəklər çaxır.
Azadlı eşqiylə yanan şəhidlər,
Sanki,hər tərəfdən üzümə baxır.

Yenə qulağıma haray-qışqırıq,
Tankın tırtılının səsləri gəlir.
O müdhiş gecədə olduğu kimi,
Ah-nalə səsləri göyə yüksəlir.

Sanki,vıyıldayıb başım üstündən,
Yenə ölüm saçan güllələr uçur.
Yenə küçələrdə o yan,bu yana,
Vahimə içində insanlar qaçır.

Yadımda…səhəri qanlı küçələr,
Al qərənfillərlə “bəzədilmişdi”.
Şəhid tabutları üsttə güllərdən,
Elə bil ki,təpə,dağ düzəlmişdi.

Üstündən nə qədər illər keçsə də,
Unuda bilmirəm mən o gecəni.
O gecə bir xalqın qan yaddaşıdır,
Bir əsrə tuturam tən o gecəni.

Fotoğrafı Aç

Ad günü, 1990-ci ilin 20 yanvar ayında anadan olanlara.
Şəhidlər xiyabanında gezirsiniz sola- sağa
Sizi gördüm azaldıldı dərdim, ürəyim döndü dağa.
İyirmi yaşında ərlər, ərərlər,
Köroglular, Xəzərlər, qızlar, oğlanlar
o mitiş oğlanlar
Sizlər necə sərdsiniz
İgidsiniz, mərdsiniz,
Könlümə su səptiniz,
Orda bir ev tikdiniz.
Şəhidlərin ruhunu siz qəlblərə əkdiniz.

Sizə baxdım qəlbim çırpındı quş kimi
düşmən mənə göründü burnu ovulmuş kimi
siz o qanlı gecədə yoğruldunuz
siz o qanlı gecədə doğuldunuz
ölən şəhidlərin ruhu canı sizlərdədir
indi onların əvəzi yüzlərədir,
düşmənə meydan oxuyan boyunuz buxununuz
indi səngərdə vuruşur çoxunnuz
Vətən sizinçün ana -ana sizinçün Vətən
Vətəni qoruyanmaz hər yoldan ötən,
indi sizlər göstərin sücəyəti, hünəri
sizlər doğlan günü torpağa könüldü iyirmi yanvar şəhidləri
Şəhidlər xiyabanında gezirsiniz sola- sağa
Sizi gördüm azaldıldı dərdim, ürəyim döndü dağa.

 Sil gözünün yaşını.
Qərənfilim ağlama.
Uca tut sən başını,
Qərənfilim ağlama.

Tanklar hücuma keçdi,
Xalqımı qırdı, biçdi,
Düşmən qanımı içdi,
Qərənfilim ağlama.

Bu baş bədənin deyil,
Qolu yoxmuş elə bil,
Bunlar dirilən deyil,
Qərənfilim ağlama.

Ölüm olur amansız,
Düşmənlər necə qansız,
Fərizələr İlhamsız,
Qərənfilim ağlama.

Bu nə səsdir, bu nə ün,
Harda qaldı toy-düyün?
Olmaz belə qanı gün,
Qərənfilim ağlama.

Yenə sən əllərdə gəz,
Görüş yerinə tələs,
Ağladığın deyil bəs?
Qərənfikim ağlama.

Yandıq, yandıq kül olduq,
Deməki xəcil olduq,
Daha müstəqil olduq,
Qərənfilim ağlama.

 
Bir 2 kişi, çiçek ve yazı görseli olabilir
Pünhan Səda.
Fərizə əfsanəsi.

Göz yaşı dağladı üzü, yanağı,
O gün qan ağladı bir eşq bulağı.
Nakam bir sevginin vüsal yatağı,
Pak, müqəddəs Vətən torpağı oldu.

Rəngi solmamışdı toy hənasının,
Bantı üstündəydi bəxt aynasının.
Uyuduğu məzar o el qızının,
Bəzəkli gəlinlik otağı oldu.

Fələk, necə qıydın ona bu dağı?
Axı, İlham idi onun dayağı.
O gün bir yuvanın sönən çırağı,
Gur yanan şəhidlik ocağı oldu!

Qanlı yaddaşıdır hər birimizin,
Elin boğulduğu o qan dənizi.
O yanvar gecəsi tariximizin,
Qan ilə yazılan varağı oldu!

Sevinmə zülmünlə, qaniçən yağı!
Çox qanlar görübdür Azər torpağı!
İgid el qızının gəlin duvağı,
Enməz namus, qeyrət bayrağı oldu!

 Hardasan, Larisa?
Haray, ay İlqar?

Küçə bulaşmışdı tamam al qana,
Ah-nalə yayıldı bu an hər yana–
Balasın gəzirdi iki gənc ana:
–Hardasan, Larisa? –Haray, ay İlqar?

Dəlik-deşik olmuş məktəb forması,
Qanlara bulaşmış şagird çantası.
Ucaldı ağılı ana laylası:
–Hardasan, Larisa? –Haray, ay İlqar?

Analar gözündə qaraldı rüzgar,
Əridi nalədən qayalar, dağlar!
Göyləri yandırdı, yaxdı ahi-zar:
–Hardasan, Larisa? –Haray, ay İlqar?

Ağla, şəhərim
Göy Xəzərim dalğalandı,
Gur dalğalar çalxalandı,
Sinəndə odlar qalandı,
Ağla, mehriban şəhərim!
Ey ürəyi qan şəhərim!

Əli qanlı yağı gəldi,
Güllələr qəlbini dəldi.
İgidlərin tanklar böldü.
Ağla, mehriban şəhərim!
Ey ürəyi qan şəhərim!

Nə deyim bu müsibətə?
Fələk, zülmün bəlkə yetə?!
De, kim qıydı bu millətə?
Ağla, mehriban şəhərim!
Ey ürəyi qan şəhərim!

Hər gecənin gündüzü var,
Hər zamanın son sözü var!
Sanma bu qan yerdə qalar!
Ağla, mehriban şəhərim!
Ey ürəyi qan şəhərim!
Pünhan Səda.

 Turanxeber.az
Hazırladı Baş redaktor GÜLLƏR AMİN   BAKI.

 

 

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir