“28 nömrəli məktəbdə 20 yanvar faicəsinin şəhidləri anıldı.”

Təhsil
“Yanvarın 19 da birinci dərslər 20 Yanvar faciəsinə həsr edildi və tədbir keçirildi. 1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi.1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi.1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldı. 20 Yanvar faciəsinin xalqımızın tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülmüşdür.Ümummilli liderin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı verdiyi Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi.Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Azərbaycan Prezidentinin 2000-ci il, yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir.” 28 №-li tam orta məktəbdə ” Qanlı 20 Yanvar” adlı tədbir keçirildi. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Gülsən Soltanova Qanlı yanvar şəhidlərini bir dəqiqəlik sükutla anılmasını qeyd etdi. Sonra tədbir iştirakçılarına 20 Yanvar faciəsi haqqında məlumat verərək bildirib ki, 20 Yanvar tarixi, Azərbaycan xalqının silinməz yaddaşına çevrilmiş qanlı və şanlı bir hadisədir. Məktəblərdə “20 Yanvar”a həsr olunmuş tədbirlərin təşikili ən vacib məsələlərdən hesab olunur və təsadüfi deyil ki, şagirdlər bu anım günlərində iştiraka böyük həvəslə yanaşır. 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ərəfəsində 28 nömrəli məktəb də bu tarixi dərin hüznlə andı. Anım mərasimində iştirak edən müəllim və şagird kollektivi “Qanlı Yanvar-Əsarətdən azadlığa doğru” adlı tədbiri izlədilər. Müstəqilliyə gedən yolda böyük bir çıraq olan Yanvar şəhidləri bu tədbirdə yad olundu. Tədbir aparıcıların yanvar faciəsi haqqında verdiyi məlumatla açıq elan olundu. Ardınca şagirdlər o gecənin hüznünü ifadə edən musiqi sədaları altında vətənimizin qanlı-qadalı tarixinin əks olunduğu şeirlər səsləndirdilər. Bu şeirdə anılan şəhidlərimiz də hörmətlə yad edildi. Tədbirdə çıxış edən direktor müavini Gülsən Soltanova öz növbəsində Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış bu tarixin acı həqiqətlərindən bəhs edərək şagirdləri məlumatlandırdı. 33-cü ildönümünü qeyd etdiyimiz Yanvar hadisələrindən müasir Azərbaycanın hər bir yeniyetmə və gənci xəbərdardır. Bu gün hüzn günü olsa da bu gənclər 20 Yanvarın əslində qürur mənbəyi olduğunun da fərqindədirlər. Onlar o qanlı gecənin şəhidlərinin bu günki müstəqilliyin əsas carçıları olduğunu bilir və öz növbələrində 20 Yanvar həqiqətləri haqqında hər kəsi məlumatlandırmağı özlərinə vəzifə bilirlər elə bu məqsədlə məktəbimizdə “Yanvar həqiqətləri” başlığı altında təşkil olunan divar qəzetinin tərtibində məktəb şagirdləri böyük həvəslə iştirak etdilər. Məktəbimizdə bu qismə aid olub, ənənə halını almış tədbirlərdən biri də “Qanlı Yanvar şagirdlərin gözü ilə” adlı rəsm sərgisidir. Sərgidə məktəb şagirdlərinin “Qanlı gecəni” əks etdirən əl işləri sərgiləndi. Məktəb səviyyəsində təşkil olunan bu tədbirlər şagirdləri 20 Yanvar hadisələri haqqında daim məlumatlandırmaq bu silinməz qan yaddaşını nəsildən-nəsilə ötürməkdən ibarətdir. Çünki hər bir azərbaycanlı bu gün sahib olduğu müstəqiliyin, suveren və demokratik dövlətdə yaşamağın hansı qurbanlar və mücadilələr sayəsində başa gəldiyini unutmamalıdır.

Turan Məmiyev Turanxeber.az Maştaga

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir