20 YANVAR
Hər igid Babəkdi, ya da Koroğlu,
Azadlıq söylədi yurdun hər oğlu.
Açdı qucağını azadlıq yolu,
Qüdrətin səsiydi 20 Yanvar.
Hünər alışdırdı ümid közünü,
Öpdü azadlığın şanlı üzünü.
İgidlər qırpmadı bir an gözünü,
Millətin səsiydi 20 Yanvar.
Yayıldı hər yanda ulu nərələr,
Diksindi min illik dağlar, dərələr.
Qalxdı əli yalın ər oğlu ərlər,
Cürətin səsiydi 20 Yanvar.
Aygün, öz canından keçdi oğullar,
Azadlıq yolunu seçdi oğullar,
Şəhidlik andını içdi oğullar,
Qeyrətin səsiydi 20 Yanvar.
AYGÜN HÜSEYN
[19.01 23:15] Aygün: 20 QANLI YANVAR
Susanların dil açan,
Qapısını el açan.
Bu torpağın gül açan,
Günüdü 20 Yanvar!
Ürəkləri od alan,
Odsuzların yad olan,
İgidlərin ad alan,
Günüdü 20 Yanvar!
Qocaların pir olan,
Cavanların şir olan
Bu millətin bir olan
Günüdü 20 Yanvar!
AYGÜN HÜSEYN/
Turanxeber.az Güllər Amin