Turanxeber.az saytı hər zaman milli mədəniyyət və ədəbiyyatımıza aid olan, amma o, xəzinənin yeri bilinməməklə gizli qalan isdedadları üzə çıxarmaqda ustadır. Bu günki qonağımızda sözü gedən həmən xəzinəyə aid olan Zaur Şair Na’qani Şirvani haqqında olacaq. Şairə aid olan bilmədiklərimizi və şairin saytımıza göndərdiyi şerlərlə,qəzəllərlə oxucularımızı tanış etməyi özümüzə borc bildik.
Zaur Şair Na’qani Şirvani:
Mən 1977- ci ilin dekabr ayının 9-da Ağsu Rayonunun Qaraqoyunlu kəndində doğulmuşam.
Orta təhsilliyəm. Hal -hazırda ev tikintisi ustasıyam. Ailəliyəm üç qız övladım var. Mən ilk şeirimi 5-ci sinifdən 6-cı sinifə kecındə yazmışam. Beləliklə özümdə isdedad hiss edəndən sonra bayatılarla başlamışam şeir yazmağa. Şerlərim uğurla alınıb ,sevilib və beləliklə öz dünyanı gözümdə “Öz xəyal etdiyim kimi gördüm.” İlahiyə olan sevgim, məhəbbətim məni şair etdi.Şerlərimi oxucularıma təqdim edirəm.
ALLAH ucaldacaqsa.
Gözəlliyi saxlayırsa cavanlıq,
İtib gedər, Allah qocaldacaqsa,
Bel bağlama, dost ürəyi qaranlıq,
Ucalarsan, Allah ucaldacaqsa.
******
Düşmən olar, dünən sənə dost olan,
Qardaş olar, bu gün sənə rast olan,
Halal qzan, halallıqla gəz, dolan,
Ucalarsan, Allah ucaldacaqsa.
*******
Allahı an, hər sözünün başında,
Ehtiyacı yox gözündə, qaşında,
İman olsun, gözlərinin yaşında,
Ucalarsan, Allah ucaldacaqsa.
*******
Vaxdı gələr səndən deyər hər ağız,
Qələm yazar, dür saxlayar, dür kağız,
Dar günündə Allah desən bir ağız,
Ucalarsan, Allah ucaldacaqsa.
******
Əl götürüb ,(H) “ƏLİ,, kimi paylasan,
(H)”Ömər Xəttab,, kimi , dini yaylasan,
(H)”Blal,, kimi , A’zan çəkib haylasan,
Ucalarsan, Allah ucaldacaqsa.
******
Zirvələrə çəkər Allah mömini,
Ya mələyi, ya şeytanı, ya cini,
Düzgün seçsən, özünə dost birini,
Ucalarsan Allah ucaldacaqsa.
*******
Şükür Ona, Na’qanini qocaltdı,
Gah sürüdü, süründürdü, alçaltda,
Ummadığı bir nöqtədən ucaltdı,
Ucalarsan Allsh ucaldacaqsa.
Gözəl təbiəti, hüsnünə bəzək,
Nə könül sındıraq , nə bir qəlb üzək,
Əyrini düzəldək, düz qoyaq gedək.
Gəlin bu dünyada iz qoyaq, gedək.
********
Bu dünya bizlərə qalmayacaqsa,
Dost – tanış yadına salmayacaqsa,
Ömrümüz ömürlük olmayacaqsa,
Layiqli bir adı, biz qoyaq gedək.
Gəlin bu dünyada iz qoyaq, gedək.
*********
Torpaqdan yarandıq ondan utanaq,
Din ilə ucalaq, dondan utanaq,
Ona qovuşacaq sondan utanaq,
Qoynuna həyalı üz qoyaq gedək.
Gəlin bu dünyada iz qoyaq, gedək.
*********
Birinə əl tutaq ,- “ƏLİ,, eşqinə,
Bağa hörmət qoyaq,- gülü eşqinə,
Bizləri yaradan, -“VƏLİ,, eşqinə,
Sönmüş ocaqlarda köz qoyaq gedək.
Gəlin bu dünyada iz qoyaq, gedək.
*********
Kimsə aşiq deyil əyyalımıza,
Bu dünya sığışmaz xəyalımıza,
Yadda qalacaqsa xoş halımıza,
Dünyanı titrədən söz qoyaq gedək.
Gəlin bu dünyada iz qoyaq, gedək.
Zaur. Na’qani. 26.08.2022.
Ailə.
Bir ağac kökündən qidalanmasa,
Bir anda yaşamaz, quruyub solar.
Budaqdan yarpağın birini salsa,
Onun arxasınca gözü yaş dolar.
**********
Torpaqda kök atan ata özüdür,
Gövdəsi anadır, oğul budağı.
Tərli yarpaqları qızı bənzədir,
Günəşin işığı qohum dayağı.
*********
Bu ağac başlanğıc verir həyata,
Başına fırlanın, qədrini bilin.
Qoruyan Allahdır gəlsə min xəta,
Ana, Bacı, Qardaş qədrini bilin.
***********
Onların hissi var, duyğuları var,
Sanki sevinirlər bahar gələndə
. Bu qısa həyatda qayğıları var,
Ruhları şadlanır meyvə verəndə.
******
Bax, bu vəhtəd ilə yaratdı Allah- Dünyanı,
insanı, həm ağacları.
Bu qoca təbiət gözəldir,
Vallah, Qıldı bir-birinə möhtac onları.
Zaur.Na’qani.Şirvani. Naxcıvan.Şərur.1997. ci il. Əsgərlik.
Şair nə üçündür?
Bəzən utanıram şairliyimdən,
Mən niyə bu yola düşmüşəm axı?
İbrət alan yoxsa, bir əməlimdən,
Mən niyə bu yola düşmüşəm axı?
*******
Məşuq ayılmırsa, yar ayılmırsa,
Namus ayılmırsa, ar ayılmırsa,
Dövran gözəl deyən kor ayılmırsa,
Mən niyə bu yola düşmüşəm axı?
***********
Yaşından, başından utanmayanlar,
Kişitək söz verib tutanmayanlar,
Qarşıma yol sayır, El saymayanlar,
Mən niyə bu yola düşmüşəm axı?
**********
Bu yolda tanıdım, can kim, canan kim,
Lovğa kim, nadan kim, haqqı danan kim,
Min hikmət söyləsən, birin qanan kim?
Mən niyə bu yola düşmüşəm axı?
**********
Canımdan şeytanı, cini qovladım,
Nəfsimi öldürdüm, kini qovladım Səbrimi çox tutdum,
çox cilovladım, Mən niyə bu yola düşmüşəm axı?
**********
Şair kəlməsinin ş,-sını bilməz, Hə’dən anlamayan,
hə,-sini bilməz, Bu yola düzəlib, kəsini bilməz,
Mən niyə bu yola düşmüşəm axı?
**********
Na’qani! Layiqsən, ləyaqətinə,
Şükr eylə Allahın kəramətinə,
Demə, davam eylə öz niyyətinə,
Mən niyə bu yola düşmüşəm axı.
De niyə?
De nədən soyudu əllərin buz tək?
De niyə axtarmır, gözlərin məni?
Niyə tez azaldı, qəlbində istək?
Beləmi unudur sevən _ sevəni?
*****
Biz axı deyildik səninlə düşman,
Gözlərin toxundu gözümə peşman,
Ayrıldıq sevgilim, biz qovuşmadan
Beləmi unudur sevən _ sevəni?
******
Yenicə almışdım sevginin dadın,
İlk Bahar qoymuşdum bu eşqin adın,
Sənsə bu sevinci mənə qıymadın,
Beləmi unudur sevən sevəni?
******
Necə ayrılırlar aşiqlər bilməm,
Ürəyim xar oldu danışmam, gülməm,
Məni düşündürür bircə bu kəlməm,
Beləmi unudur sevən sevəni?
*******
İndi savaşıam özüm özümnən,
Dərd verən bu həyat düşüb gözümdən,
Təsəlli alıram bircə sözümdən,
Beləmi unudur sevən sevəni?
Sonunu bilməyən insan, gərək Allaha sığınsın.
Gətirib ölmədən iman,gərək Allaha sığınsın.
✓✓✓✓✓✓✓
Nə qədər olsa da,varı nədi bimar cana fayda?
Bilib hər dərdinə dərman,gərək Allaha sığınsın.
✓✓✓✓✓✓✓
Birini görmədim alsın savabı cahü-cəlalnan,
Bu səhihdir, edib ehsan,gərək Allaha sığınsın.
✓✓✓✓✓✓✓
Yetinə öz halalıyla,boğa “sadr,,ında tamahın,
Bilib öz nəfsini düşm(ə)an,gərək Allaha sığınsın.
✓✓✓✓✓✓✓
Önünə yol çəkir Allah,sonu bitməyən sınaqlar,
Yolun azdırmamış şeytan,gərək Allaha sığınsın.
✓✓✓✓✓✓✓O, dur əvvəl, O, dur axir,ona möhtac bəni Adəm,
Bu cür əxs eyləyir Quran,gərək Allaha sığınsın.
✓✓✓✓✓✓✓Demə tanrı, O, Cəlaldır,O, Samədir “lə,,şərikə,
Buna təqdir olan peşman,gərək Allaha sığınsın.
✓✓✓✓✓✓✓
Etmə Na’qaniyə ,bu kəlamlarla ucaldı,
Ona bəxş etsədə ümman,gərək Allaha sığınsın.
Sən dağlar qızısan,
çiçəklər şahı, Yorğanın ağappağ qardı bənövşəm.
Səninlə xoş olur ömrün sabahı,
Duruşun ismətdir, ardı bənövşəm.
***
Niyə buz kəsilib sənə bu ömür?
Ömrünü qışamı yazdı yaradan?
Onunçün bilirəm heç üzün gülmür,
Günlərin nisgillə ötür aradan.
***
Yazın ilk nəfəsi səndə duyulur,
Sənin xoş gülüşün əridir qışı.
Sən güldün təbiət san ki, ayılır,
Quşların səninlə qarışır başı.
***
Bu duruş yaraşmır, boynunu bükmə,
Bahar öz rəngini səndən cilalar.
Ağlama bənövşəm, göz yaşı tökmə,
Gün çıxar, lıçəyin min rəngə çalar.
*
İyirmi yanvar günü.
Döndü bağrımız qana,
Ağladıq yana-yana,
Qıydılar cavan cana,
O, qanlı yanvar günü.
*
Yağdı yağış yerinə,
Ahu-nalə xeyri, nə?
Gecə çökdü şərrinə,
O, qanlı yanvar günü.
*
Batdı günəş, doğdu dərt,
Düşman gözü qanlı, sərt,
Etmədilər mərhəmət,
O qanlı yanvar günü.
*
Qırdılar ağac kimi,
Əzdilər qorğac kimi,
Tanımadıq heç kimi,
O, qanlı yanvar günü.
*
Şəhid oldu qız, gəlin,
Boğdu kədər gözlərin,
Faciəsi bəşərin,
O, qanlı yanvar günü.
*
Körpələr qaldı ağlar,
Söndü neçə ocağlar,
Düşmən imiş qonağlar,
O, qanlı yanvar gün.
*
Torpağa şəhid qanı,
Axdı durmadan axdı,
ürək dondu,göz baxdı,
O, qanlı yanvar günü.İyirmi yanvar günü.
Axşam düşdü,gecə çökdü qəfləti,
Sis duymadı, səs duymadı, nədənsə.
Dara düşdü saf millətim xəlvəti,
Yayıldı küçələrə, fəryad, haray,vanəfsə,
İyirmi yanvar gecəsi qara gəldi hər kəsə.
Ac qurt kimi, səpələndi namərdlər,
Düzdə, qoyun-quzu kimi, gördülər,
Neçə-neçə, igidlər, oğullar, mərdlər,
Atıldı meydana bəhəs-bəhəsə,
İyirmi yanvar gecəsi qara gəldi hər kəsə.
Nə körpə, nə qadın, nə də, qoca saydılar,
Sərdilər torpağa payız xəzanı kimi,
İnsafsızlar o, gecə necə viran qoydular,
Can bir yanda, ruhlar pərəm-pərəsə,
İyirmi yanvar gecəsi qara gəldi hər kəsə.
Göz önündə,- gözlərə dağ çəkdilər,
Deyin görüm, bu vəhşətin adı nə?
İnsan biçib,-yerinə, dərd əkdilər,
Qayəsi nə?, məqsədi nə?, hər nəsə,
İyirmi yanvar gecəsi qara gəldi hər kəsə.
Doymurdu gözləri qandan, itlərin,
Qoydular neçə-neçə ömrü yarımçıq,
Yağdı üstümüzə qəm narın-narın,
Keşkə o, kabus bir də, geri dönməsə,
İyirmi yanvar gecəsi qara gəldi hər kəsə.
Şəhidlər ölmədi, daş oldular günahsız,
Vətənin qurtuluşun yazdılar qanlarıyla,
Döyüşdülər əli-boş, əli-yalın, silahsız,
Qışqıraraq; Azadlıq! Verib nəfəs-nəfəsə,
İyirmi yanvar gecəsi qara gəldi hər kəsə.
O, gün qanla yazıldı, tarixin yaddaşına.
Döndü igid oğullar mərmər sinə daşına.
Baxmadılar gözlərin axan qanlı yaşına.
Qırdılar dağıtdılar, hey tələsə-tələsə,
İyirmi yanvar gecəsi qara gəldi hər kəsə.Bu yara gec sağalar, çünki dərin vurdular.
Hər kəsin ürəyində, qazdı düşmənlər məzar.
Şair qəlbi təmizdir, nə görürsə, düz yazar.
Zaur! Sığın Allaha O, yetişər bu səsə,
O, qanlı yanvar gecəsi qara gəldi hər kəsə.O, qanlı yanvar gecəsi.
Tankla qıra bilmədilər
Bu xalqımın iradəsin
Qoca ,cavan hər bir kəsi
Küçələrdə sürüdülər
O , qanlı yanvar gecəsi.
*
Qaçmışdı ölüm qorxusu
Bürümüşdü qan qoxusu
Küçələri bircə-bircə
İzləyirdi ”QIZ QALASI,,
O ,qanlı yanvar gecəsi.
*
Qatıllərin Xalqa sarı
Bitməyirdi hücumları
Cavanları , uşaqları
Qol-qol gəzən aşiqləri
Gülələdilər hər kəsi
O , qanlı yanvar gecəsi.
*
Nəfəs kəsən inləmələr
Getməyirdi qulağımdan
Ayrıldı qol budağından
Boğazında qaldı səsi
O , qanlı yanvar gecəsi
*
İt sürüsü düzüm-düzüm
Mırlasada , kükrəsədə
Qorxudmadı Xalqın gözün
İtirmədi bir kəs özün
Titrətdilər yer kürəsin
O , qanlı yanvar gecəsi.
*
Sığmayırdı yerə göyə
Nalə dolu çağırışlar
Bir, birinə dəyə-dəyə
Od qaladı ürəklərə
Ölənlərin xatirəsi
O , qanlı yanvar gecəsi.
*
Düşmənin tərs planından
Xəbırsizdi ,dinc əhali
Heç ummadan qonağlardan
Atəş səsi uzaqlardan
Yaxınlaşdı məsafəsi
O , qanlı yanvar gecəsi.
*
Cəlladların insafı yox
Biçdilər ot biçən kimi
İnsanları oyuğ-oyuğ
Göy sulara qayığ-qayığ
Daşıdılar ölənləri
Duyulurdu iniltisi
O ,qanlı yanvar gecəsi.
*
Doymayırdı ”na,,ərənlər
Üstümüzə gpndərənlır
Bilirdilər sonu yoxdu
bu millətdə qorxu yoxdu
Çəkinirdi komandirlər
Sübhə qədər döyüşdülər
Yetdi sona güllə səsi
O , qanlı yanvar gecəsi.
*
Yazıldı o, gün tarixə
Bu Xalqın şöhrəti ilə
Müstəqillik qazanıldı
Millətimin qanı ilə
Qansız ordunun önünə
Qala çəkdi canı ilə
Dilində Vətən kəlməsi
O , qanlı yanvar gecəsi.Dostluq haqqında. {Məsnəvilər}
Dost deyib dolaşdım böylə cahanı,
Dedilər axtarma indi dost hanı?
*
Dostluq qısa əsən rüzgar kimidir,
Dostun, ürəyinin sarı simidir.
*
Dosta bel bağlama, dost dediyin şey,
Səninlə dolaşan, dəyişgən tale(h)y.
*
Dost-dosta əl tutar, ummaz gerisin,
Dost-dostun dərdinə gərək ərisin.
*
Dost-dostun arxası, dayağı olar,
Dost-dosta gülərsə, bayağı olar.
*
Dostluq anlamayan, qədrini bilməz,
Dost-dostun yolunda sınar, əyilməz.
*
Dost-dostun haqqına çıxmırsa kəfil,
O, dostluq o, anda qırılar qəfil.
*
Dost sözü hecaya bölünür çün ki,
Ona layiq olan, ola çətinki.Hicrana-hicrana.{gəraylı}
Aldı gözlərin,-gözümü,
Saldı hicrana-hicrana.
Çəkdi ürəkdən dözümü,
Saldı hicrana,-hicrana.
*
Getdi işlərim piyada,
Salmadı yarım heç yada,
Canan məni bu dünyada,
Saldı hicrana,-hicrana.
*
İtdi üzümdən gülüşlər,
Bitdi gəlişlər, gedişlər,
Aşiq olanlar demişlər,
Saldı hicrana,-hicrana.
Mənim gül üzlü nigarım,
Gülüm, gülşənim, baharım,
Ona qovuşmaq, azarım,
Saldı hicrana,-hicrana.
*
Arzum-diləyim var idi, Başım,
dağlarda qar idi,
Fikrim, xəyalım yar idi,
Saldı hicrana,-hicrana.
O, yurda, aparın məni.
Ana heç sıxmasın bu kədər səni,
Yığışdır boxçanı, sacı ,ləyəni,
Şəhidəm, ruhumla gəzim vətəni,
Nə olar, o yurda aparın məni.
*****
Gözümlə görmədim adın eşitdim,
Vətən həsrətilə qəlbimi diddim,
Canım getməsədə ruhumla gedim,
Nə olar o yurda aparın məni.
*****
Silsilə dağların üstündən uçum,
O, cıdır düzündə oynayım, qaçım,
Canımla, qanımla ödədim borcun,
Nə olar o yurda aparın məni.
*****
Seyr edim Şuşamı, gözəl Vətəni,
Qürurla izləyim şan şöhrətini,
Çəkmişəm neçə il gör həsrətini,
Nə olar o yurda aparın məni.
*****
Güllü gülüstandır, bu yer, bu torpağ,
Yuxumda görərdim, buranı ancağ,
Qəbrimin üstünə verin bir qucağ,
Nə olar o yurda aparın məni.
*****
Vətənin həsrəti qanda olarmış,
Eşqi, məhəbəti canda olarmış,
Sən demə qovuşmaq, sonda olarmış,
Nə olar o yurda aparın məni.
*****
Qalıb öz elimdə bir daş olaram,
Köçəri quşlara yoldaş olaram,
Yatan qəbirlərə qardaş olaram,
Nə olar o yurda aqarın məni.
*****
Elimi obamı ruhumla gəzim,
Nə gözəl yurdumuz var imiş bizim,
Bu qədər dözmüşəm, biraz da, dözüm,
Nə olar o yurda aparın məni.
*****
Qoşulum o, köçən el karvanına,
Dağlardan süzülən, sel karvanına,
Qəmli qərənfilin gül karvanına,
Nə olar o yurda aparın məni.
*****
Qəbrimi götürün öz vətənimə,
Yolumu döndərin düz vətənimə,
Kaş çata biləydim tez vətənimə,
O, qara torpağa batırın məni,
Nə olar o yurda aparın məni.
Allahu Əkbər varikən.{qəzəl}
Yoxdu dərdim, nə sərim,Allahu-Əkbər varikən.
Kimə möhtac əllərim?Allahu-Əkbər varikən.
✓✓✓✓✓✓✓
Yığa şeytan önümə,dəstilə məşuqələrın,
Xar olar əngəllərim,Allahu-Əkbər varikən.
✓✓✓✓✓✓✓
Qılmayın səcdə,şərik Vallahi boş tanrılara,
Ayılın! Qafillərim,Allahu-Əkbər varikən.
✓✓✓✓✓✓✓
Vardı addım başına,parçalı qirlər, hanı bəs?
Yox oldu birim-birim,Allahu-Əkbər varikən.
✓✓✓✓✓✓✓
Nə qədərki bu zaman,dövr eliyir elmi-cəhil,
Şükr edin əzizlərim,Allahu-Əkbər varikən.
✓✓✓✓✓✓✓
Onun izni olmadan,düşməz olar bir yarpaq,
Yazılır feillərim,Allahu-Əkbər varikən.
✓✓✓✓✓✓✓
Nədir səni dünyadan,tərki qılan ey Na’qani?
Sevgisi, ödüllərim,Allahu-Əkbər varikən.
Günəş, Ay, ulduz. {məsnəvilər}.
Ayı aciz bilib zəpt, etdi göyü ulduzlar,
Günəşin şöləsini, görməyə tabı,-sızlar.
*
Günəşin şöləsi haşr, eyləməz ol cahanı,
O, ay ulduzdu çəkər, şövqünə şər-şeytanı.
*
Ayın öz şöləsi yox, nuru günəş ehsanı,
Budur Allah yaradan, göydə cisim səhmani.
*
Fələyin adəti var, şəms,-i qılar fərmanın,
Qovar, öz şərri ilə ismi,-gecə mehmanın.
*
Neçə ulduz, neçə ay toplana sabah olmaz,
Günəşin nuruna dünya gülər, “tabah,, olmaz.
*
Bürüsə bil, üzünü, qarə buludlar günəşin,
Eləyər xar özünü, darə çəkəmməz gülüşün.
Bu dünya qarışıq, bu dünya fani,
Sevən ürəklərdə, sözünlə yaşa.
Tərk edib gedərsən birgün cahanı,
Haqqa çığır salan, izinlə yaşa.
***
Bir milyon insanın, yüzü əyridi,
Əlləri əyridi, gözü əyridi,Vallah bu dünyanın,
özü əyridi, Artır əməlində, düzünlə yaşa.
***
Əlini uzatma, tikə harama,
Qohumun, qonşunun ətin darama,
Paylaş halallığı, qram,-qrama,
Allahdan verilən ruzinlə yaşa.
***
Şöhrət müvəqqəti, şan müvəqqəti,
Ölüm gələcəkdir an, müvəqqəti,
Bu dünya, gördüyün, qan müvəqqəti,
Sən, sən ol dəyişmə, özünlə yaşa.
***
Qoyma, azdırmasın şeytan yolundan,
Mələklər şad olsun, sağ və solundan,
Adam ol, doğmalar tutsun qolundan,
Həyatı oğlunla, qızınla yaşa.
***
Na’qani! Önünə nur saçsın Fələk,
Bilirəm yaşamaq xoş, arzu dilək,
Titrəsə dizlərin, əyilsə bilək,
Sinəndə odunla, közünlə yaşa.Kimdir ki insan.{məsnəvilər.}
O, Allah yaradan əşrəfi məxluq,
İnsan kamillikdir, deyil qorxuluq.
*
İnsana qiyməti verməli insan,
İnsan, insan olsa, qazanar asan.
*
Nəfsinə qıymasa, canına qıyar,
Çürüdər ömrünü, bax belə qullar.
*
Qəlbində mərhəmət olmasa insan,
Fərq etməz onunçün, belinə alsan.
*
Cənnətin dəyərin bilsəydi cahil,
Ömrünü savaba edərdi şamil.
*
Yerini bilmədən oturan kəsin,
Bir kimsə dinləməz sözün, kəlməsin.
*
Bir insan, insana edirsə təzim,
Orda ibadətə qalmayıb lüzum.
*
İnsan bir zirvədir, fəthi bir anlıq,
Sirri çox asandır, yalnız insanlıq.Yavaş-yavaş.
Vicdanım, imanım danladı məni,
Dedilər yoluna dön, yavaş-yavaş.
Şeytanla alışma, şeytanla yanma,
Oddandır cəhənnəm, sön yavaş-yavaş.
***
Mən ağlım kəsəndən işə yaradım,
Düşmənin başını, sülhlə daradım,
Allaha düz gedən yolu aradım,
Dedilər tapmısan sən, yavaş-yavaş.
***
Dedilər yuxuda möminsən, bəli,
Hətda çağırdılar “Əli,, ey “Əli,,
Vallahi üzündən ürəyin bəlli,
Bu haqqın dərgahı en, yavaş-yavaş,
***
Həccin qapısına, iki kəs,-getdim,
Dedilər hacısan, mən təkid etdim,
Bax belə sevindim, murada yetdim,
Qovuşdum Allaha mən, yavaş-yavaş.
***
Utandım, çəkindim, ar eylədim, ar,
Qorxaq, cəsarətsiz, saydı insanlar,
Dedim ki, Naqani! Cahildir onlar,
Ayırdım yolumu, gen, yavaş-yavaş.
Sor.{qəzəl}
Gecəni, aşiq olub, tənha qalanlardan sor.
Sevginin möhnətini, mail olanlardan sor.
✓✓✓✓✓✓✓
Sorma dünyanı mənə, düşdü gözümdən çoxdan,
Dadıb hər cür dadını, ləzzət alanlardan sor.
✓✓✓✓✓✓✓
Mən onu unutdumuşam, sən demə fani imiş,
Dünyası yeksan olub, dünya quranlardan sor.
✓✓✓✓✓✓✓
Dostu həm, düşmanı sən, şairi-danəndələrə,
Allahın varlığını, səcdə qılanlardan sor.
✓✓✓✓✓✓✓
“Fəlahı,, həm “Səlahı,, saleh olan bəndələrə,
Günahı, peşman olub, tində solanlardan sor.
✓✓✓✓✓✓✓
Sevinci haqq yolunda, dində nicat tapanlara,
Kədəri, qüssəni, qəm içrə dolanlardan sor
✓✓✓✓✓✓✓
Yaşa Na’qani kimi, haqqı hədaqında qoru,
Adının mənasını, haqqı çalanlardan sor.
Hikməti, ilahim xəlq eyləyərmiş,
Ona milyonların gücü yetişməz.
Allah bir meyvəyə izin verməmiş,
Qalar saplağında acı, yetişməz.
*****
Xəlq etdi bəşəri min hikmət ilə,
Verdi məxluqata vəhtəd, yaraşıq.
Ruhumuz Allahın nurundan gilə,
Şükür ki, biz Ona möhtac olmuşuq.
*****
Səninlə dünyaya birgə göz açmış,
Alnına yazılan “qədər,, hikmətdir.
Əyaq dırnağının ucundan tutmuş,
Saçının dibinə qədər hikmətdir.
*****
Hikmətdir gözünün nurlu baxışı.
Ruhən kor,anlamaz Elin dilindən.
Niyyətin doğrusa Allaha qarşı,
Bil ki, hikimət doğar, hər əməlindən.
*****
Hikmətdir nəfəsin gedib, gəlişi.
Sinəndə döyünən ürək bəs nədir?
Odur bir bədəndə görən hər işi.
Bu hikmət haykıran bir əfsanədir.
*****
Qəlbində çağlayan bulağdır hikmət.
O, təbdir ki, alır Allahdan İlham.
Dinləyib, anlayan qulağdır hikmət.
Yəqindir anlamaz əqlidən nakam.
*****
Ən gözəl nümunə neymətdir ağıl.
Hörmətin, izzətin qədrini bilən.
Hikmətli sözünlə dünyaya dağıl.
Qaralan qəlblərə nur kimi ələm.
*****
Yeriyir əyağın, tutur əllərin,
Bədənin, ruhuna dar bir qəfəsdir.
Hikmətdir ağaran qara tellərin,
İçinə çəkdiyin təmiz nəfəsdir.
*****
Ey dindən xəbərsiz möcüzə gəzən!
Tükənməz hikmətdir şairin sözü.
Bəzən insanların əlindən bezən,
Dərin bir hikmətdir dünyanın özü.Aforizmlər.
“Səni saymayırlarsa, deməli, sən sayılanlardansan,
, ✓✓✓
“Allahın sevdiyi bəndəni, şeytan sevməz,,
✓✓✓
“Səni çökdürmək istəyirlərsə, deməli sən zirvələrdəsən,,
✓✓✓
“Səni göz götürmürsə, deməli sən hər halinlə gözəlsən,,
✓✓✓
“söz var insanı başa çəkər, söz də, var insanı dişə çəkər,,
✓✓✓
“dostun güzgü deyilsə, ona baxanda özünü görməyirsənsə o, dostun deyil,,
Zaur. Na’qani. Şirvani. 05. 12. 2022 [17.01 22:08]
Gözəllik müsabiqəsi.{təmsil}
Meşəyə səs düşdü, müsabiqə var.
Toplandı bu səsə, bütün heyvanlar.
Ayı nərə çəkib şam ağacından,
Səsləndi meşəyə daha ucadan.
Meydana çağırır, Aslan hər kəsi,
Başlayır gözəllik müsabiqəsi.
Yığıldı heyvanlar, toplandı hamı,
Biri doşan dedi, birisi ceyran.
Bir məhəl qoymadı bunlara aslan.
Gözünü zillədi o, heyvanlara,
Dərindən ah çəkdi, baxıb onlara.
Gah maral düşündü, gahda zürafə,
Dərindən bir nəfəs aldı son dəfə.
Bir nərə çəkərək kürədi birdən,
Dedi qonağımız gəlib şəhərdən.
Düşməyin təşvişə, düşməyin şoka,
Bir gözəl gərəkdir deyir zooparka.
Odur ki, vacibdir bu müsabiqə,
Mənimdə təklifim meymundur sizə.
Bir anda sükuta qərq oldu hamı,
Süzdülər kor-peşman ala ceyranı.
Aslan, son sözümdür qurtardı deyə,
Meymunu göndərdi müsabiqəyə.
Zaur. Na’qani. 13. 12. 2022. [17.01 22:08]
Öyrənsin gərək.
“Gülüş sədəqədir,, Peyğəmbər sözü,
Gülməyən,-güləndən öyrənsin gərək.
Min məna daşıyan bir kəlmə sözü,
Bilməyən,-biləndən öyrənsin gərək.
*
Müəzzin çağırır hər gün A’zanla,
Deyir gəl görüşə, qədər yazanla,
Məscidin yolunu azıb şeytanla,
Getməyən,-gedəndən öyrənsin gərək.
*
Qapılma bu yolda zərrə gümana,
Yoxdur ki, etibar vaxta, zamana,
Üz tutub Allaha, dinə, imana,
Gəlməyən,-gələndən öyrənsin gərək.
*
Allahın nəzəri, hər bir qulunda,
Şahiddir mələklər sağ və solunda,
Bunları dərk edib Allah yolunda,
Ölməyən,-öləndən öyrənsin gərək.
*
Bir kimsə duymaya küfür, dilindən,
İnsan, insanlığın tuta əlindən,
Günahı, haramı hər əməlindən,
Silməyən,-siləndən öyrənsin gərək.
*
Elmi öz əhlindən soruşaq, bilək,
Yerində danışaq, yerində gülək,
Fitrəni, zəkatı, əsl mömin tək,
Bölməyən,-böləndən öyrənsin gərək.
Zaur. Na’qani.12. 12. 2022. [17.01 22:08Bananın eşqi.{təmsil}
Meymunun dərdindən ölürdü banan.
Hər an gizlədirdi, bu sirri ondan.
Bilirdi meymun da, çox sevir onu,
Bilmirdi ölümdür, bu eşqin sonu.
Meymun yoxlayırdı, hər gün bananı,
Bu məmnun edirdi, banan cananı.
Onun ziyarəti dalbadal idi,
Çünki yetişməmiş, banan kal idi.
Bu nakam macəra sürdü bir müddət,
Artırdı bananda bu eşqə diqqət.
Coşurdu meymundan xəbər alanda,
Bilmirdi bitəcək o, saralanda
Beləcə ötürdü günlər həsrətlə.
Biraz nəzakətlə, biraz hörmətlə.
Meymun bu gedişdən hey daralırdı.
Banansa hicrandan hey saralırdı.
Ötüşdü vaxt-vədə, ötüşdü zaman.
Saralıb yetişdi, yamyaşıl banan.
Valeh eyləyirdi ətri hamını,
Meymunsa süzürdü xoş əndamını.
Meymun yaxınlaşıb onu iylədi,
O yana, bu yana, dartıb teylədi.
Üsulca budaqdan üzdü bananı.
Soyub dişlərinə düzdü bananı.
Banan qapılmışdı əbəs sevincə,
Bilmirdi bitəcək meymun yeyincə.
Qurtardı həsrətdən bananın canı,
Beləcə sonlandı, bu eşqin sonu.
Zaur. Na’qani. Şirvani. 13. 12. 2022. [17.01 22:23]
Gözəldir Şuşam.
Yaraşır dağların başına qartək,
Qışda bir başqadır, gözəldir Şuşam.
Baharda bəzənir cilvəli yar tək,
Şeirdir, nəğmədir, qəzəldir Şuşam.
*
İsa bulağından başlayır izi,
Sanki qucaq açır, bizi,
Möhtəşəm qalası, var cıdır düzü,
Bu sınığı qəlbimi, düzəldir Şuşam.
*
Qartallı qayalar, yan-yörəsində,
Lalələr, nərgizlər, üz, dərəsində,
Ceyranlar, cüyürlər bağ-bərəsində,
Yarı-yaraşıqda, əzəldir Şuşam.
*
Gözəl Qarabağın, döyünən qəlbi, “Xanın,,
“Qaryağdı,,nın, öyünən qəlbi,
Neçə min şəhidin, söyünən qəlbi,
Doğmadır, əzizdir, özəldir Şuşam.
Zaur. Na’qani. 12. 12. 2022. [17.01 22:28]
Ya dala.
{cığalı təcnis}dodaq dəyməz.
Aşıq! ürək yar sorağında yanır,
Fərqi yoxdur, ya yarala, ya dala,
Aşıq de ki, yar ala,Yar qadasın, yar ala,
Yardan ayrı düşəni, Ya öldür, ya yarala.
Ver könlünü haqqı ilə sevənə,
Gizli saxla sirri, qonar, yad dala.
✓✓✓✓✓✓✓
Əgər getsə canan, canın yad ağlar,
Eşq əhlini dərd sızladar, ya dağlar.
Aıq, aşiq ya dağlar, Ya dərələr, ya dağlar,
Dərd yardan ayrı qəlbi, Ya qarsıyar,ya dağlar.
Aşiq olan, aşiqdirsə ürəkdən,
Huzur verər yara, dərdin, yad ala.
✓✓✓✓✓✓✓
Səmər verməz, olsa boy-boy Saralar.
Öz sevdasın itirən yar saralar.
Aşıq eşqdən saralar, Tərlan ovun sar alar,
Sevən ürək sinədə, Heyva dalda saralar.
Dil doğrudur, “dil,, teyləsə yalana,
Ya yaalar, ya kəkələr, ya dala…..
. Zaur. Na’qani.16. 12. 2022.