“Öyrənmək çətin deyil!” Vl Qrant layihəsi öz işini bitirdi.

Təhsil
Elm və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər də ictimaiyyətin diqqət mərkəzindədir. Artıq neçə ildir ki, ümumtəhsil məktəblərində təlimin keyfiyyətini artırmaq məqsədilə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant müsabiqəsi reallaşdırılır.
Bu il keçirilən VI Qrant müsabiqəsinin qaliblərindən biri də Bakı şəhəri Sabunçu rayonu 28 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Soltanova Gülsənin “Öyrənmək çətin deyil!” layihəsidir. Məlumdur ki, təhsilin keyfiyyətinin başlıca göstəricilərindən biri təhsilalanların qiymətləndirilməsidir. Bu baxımdan milli qiymətləndirmənin bir hissəsi olan IX siniflər arasında hər il keçirilən buraxılış imtahanlarının nəticəsi təkcə təhsil müəssisəsinin səviyyəsini deyil, həm də ümumilikdə təhsilin səviyyəsini nümayiş etdirir. Təəssüflə qeyd etməliyik ki, bir neçə ildir ki, IX sinfllərdə buraxılış imtahanlarının göstəriciləri arzuolunan səviyyəyə qalxa bilmir. Bunun səbəblərindən biri də IX siniflərdə şagirdlər arasında riyaziyyatın mənimsəmə səviyyəsinin aşağı olmasıdır. Bu baxımdan “Öyrənmək çətin deyil!” layihəsinin məqsədi zəif oxuyan şagirdlərin riyaziyyat üzrə buraxılış imtahanlarına hazırlığını nəzərdə tutmuşdur. Riyaziyyat elə bir fəndir ki, onu mənimsəyən şagird digər fənlərə də həvəslə yanaşır. Onunla bacarmayan şagirdin isə özgüvəni azalır və ümumiyyətlə, təhsildən uzaqlaşmaq arzusunda olur. Bu baxımdan riyaziyyatın zəif şagirdlər arasında təbliği böyük əhəmiyyətə malikdir. Layihənin başlıca hədəfi də IX siniflərdə riyaziyyatı mənimsəməkdə çətinlik çəkən şagirdlərdir. Şagird nailiyyətinə təsir edən müxtəlif amillər mövcuddur. Lakin ən böyük təsir məktəb- şagird-valideyn əməkdaşlığından irəli gəlir. Şagirdlərin yetirməməsinin səbəbləri ilk növbədə bu üç dayaqdan asılıdır. Buna görə də layihənin əsas məqsədi belə uşaqlarla işləməyi bacaran müəllim hazırlansın, şagirdlər psixoloji cəhətdən hazırlansın və valideyinlərin mənəvi dəstəyi olsun. Layihə çərçivəsində müəllimlər üçün təlimlər, paralel olaraq şagirdlərlə psixoloji iş və valideynləri yönləndirən sinif rəhbərləri üçün təlimatların aparılması nəzərdə tutulmuşdur. Sevindirici haldır ki, ETİ VI Qrant müsabiqəsinin münsiflər heyəti layihənin həyata keçirilməsinə razılıq verilmişdir. Layihə sinif rəhbərləri, müəllimlər üçün “Sinfin idarəolunması” istiqamətində təlim, zəif uşaqlarla isə sadələşdirimiş riyazi metodların öyrədilməsi üçün davamlı olaraq psixoloji işin aparılmışdır. 2022-2023-cü tədris ilinin ilk dörd ayında tətbiq olunacaq layihə Sabunçu rayonu 28 nömrəli məktəbdə məktəbin direktoru Qənirə Əmircanovanın dəstəyi ilə öz işinə başlamış və uğurla davam edir. Bu müddət ərzində IX siniflərdə diaqnostik qiymətlədirmə aparılarmış, riyaziyyat fənni üzrə zəif nəticə göstərmiş şagirdlərin sayı müəyyənləşdirilmiş, layihənin təntənəli açılış mərasimi keçirilmiş, ekspertlə müəllimlər arasında maarifləndirici görüş keçirilmiş, Sinfin idarəolunması, şagird-müəllim-valideynlərlə psixoloji iş aparılmışdır. Qeyd etmək lazımdır ki, layihənin rəhbəri Soltanova Gülsən layihəsinin ekspert kimi Ramil Süleymanov, peşəkar təlimçi Nurlana İskəndərova, tanınmış təlimçi Zərxanım Piralıyeva və məktəbin gənc psixoloqu Aynur Məmmədovanı işə cəlb etmişdir. Yanvar ayının 13-də layihə öz bağlanış tədbirini keçirmişdir. Tədbirdə layihə iştirakçıları olan şagirdlər arasında viktorina yarışması keçirilmiş, təlimlərdə iştirak edən müəllimlər qiymətləndirməyən əsasən müəyyənləşmiş sertifikatlarla tətlif olunmuşlar. Bağlanış mərasimi maraqlı məqamlarla yadda qalmışdır. Əlbəttə layihə öz davamlılığını təmin edərək IX sinif buraxılış imtahanlarına qədər şagird, müəllim və valideynlərlə işləri sona qədər davam etmək fikrindədir. Ümid edirik ki, qarşıya qoyulan məqsədlərə çatacaqdır.

Turan Məmiyev Turanxeber.az Maştağa .

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir