A B E Ğ Y A N MANUK Xaçaturoviç.
Manuk aşxarabar adlanan indiki erməni dilində oğlan uşağına, qrabar adlanan qədim erməni dilində pişiyə deyilir. Pişiyə bənzəməyən bu adam akademik idi. “История древнеярмянской литературы” kitabının müəllifidir. Özü də bilmədən əsərində bizim xeyrimizə iki fikir söyləmişdir. Birində deyilir ki, erməni xalqı qədim xalq deyildir. Çoxlu xırda etnosların, o cümlədən qaraçıların assimilyasiyası nəticəsində yaranmışdır. İkinci fikri Ərzincanlı Uvan haqqındadır. O Uvan ki, ermənilər onu H”Ovanes Yerzinqatsi adlandırırlar. M.X.Abeğyan yazır: H”Ovanes Yerzinqatsi ermənidir, ancaq bilmirəm nəyə görəsə bütün şeirlərini Türk dilində yazmışdır. Ərzincanlı Uvan Manuk Xaçaturoviçin iddia etdiyi kimi erməni deyildi. Xristian Qıpçaq idi. Nizami Gəncəvi Xlll əsrdə poemalarını ərəb əlifbası ilə fars dilində yazanda Ərzincanlı Uvan şeirlərini erməni əlifbası ilə Türk dilində yazırdı. Nizami Gəncəvinin xatunu Afaqın əsil adı Apaq olmuşdur. Bizim ədəbiyyat tarixçiləri yanlış olaraq onun adını Afaq kimi dərsliklərə daxil etmişlər. Dərbəndin şimalında yaşayan qıpçaqlar öz qızlarına farsca Afaq adı qoymurdular. Biz nə qədər gec olsa da, erməni adı altında gizlədilmiş tarixi şəxsiyyətlərimizə, o cümlədən Ərzincanlı Uvana yiyə durmalıyıq. Uvanın adı da, soyadı da türkcədir. Mahmud Kaşğari yazır ki, türklər qadir allah xitabının sinonimi kimi Uvan Tenqri, Uğan Tenqri sözlərini işlədirlər. Turanxeber.az