İmişli rayonu Aranlı kənd tam orta məktəbinin müəllimi Leyla Nəcəfquliyeva məktəbdə sanitar qovşağın olmadığını bildirərək öz etirazını bildirib.
Məktəbin direktoru isə problemi həll etmək əvəzinə müəllimi töhmətlə cəzalandırıb. Mil-Muğan Regional Təhsil İdarəsi isə bu töhmətə haqq qazandırıb.
Müəllim adı cəmiyyətdə ən nüfuzlu addır. Müəllim cəmiyyətin mayakıdır. Əgər bu gün bir müəllim məktəbin hər hansı çatışmazlığına etiraz edərək bunu sivil formada ictimailəşdirirsə ona dəstək olunmalı, problem həll edilməlidir.
Ona töhmət vermək isə sadəcə RÜSVAYÇILIQDIR! Turanxeber.az