Hindistanda istehsal olunan öskürək siropu 20-ci uşağı öldürdü

Dünya

Özbəkistanda 19 uşağın ölümünə səbəb olan “Hint Marion Biotech” firmasının “Dok-1 Max” öskürək şərbətinin daha bir uşağın ölümünə yol açdığı bildirilib.

Xarici mediaya istinadla xəbər verilir ki, Özbəkistan Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkənin Namanqan bölgəsində Hindistan istehsalı “Dok-1 Max” şərbətinin istifadəsindən sonra 3 yaşlı uşağın dünyasını dəyişdiyi qeyd edilib.

Məlumatda uşağın ötən ayın sonunda vəfat etdiyi deyilir.

Qeyd edilib ki, ötən ay Səmərqaənddəki uşaq xəstəxanasında “Dok-1 Max” şərbəti içən 18 uşaq, Kaşkadərya bölgəsində isə 1 uşaq dünyasını dəyişib.

Məsələ ilə bağlı başladılan araşdırmalar zamanı öskürək siropunun laborator analizlərində preparatın tərkibində “etilen qlikol” adlı zəhərli maddə aşkarlanıb və preparatın ölkə ərazisində satışı qadağan edilib.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir