Sizin müstəsna sadəlik və təvazökarlıqla keçirdiyiniz, xalqımızın isə böyük sevinclə qeyd etdiyi hər ad gününüz Azərbaycanın müasir tarixinin böyük nailiyyətlərlə yadda qalan daha bir ilinin uğurlu yekunu deməkdir. Dövlətimizin və xalqımızın son dövrdə qazandığı parlaq uğurlar, xüsusən İkinci Qarabağ müharibəsinin – Vətən savaşımızın Böyük Zəfərlə yekunlaşması, hazırda işğaldan azad edilmiş torpaqlarımızda aparılan nəhəng quruculuq işləri Sizin adınız və mükəmməl idarəçilik fəaliyyətinizlə birbaşa bağlıdır.
Sizin rəhbərliyiniz dövründə, ölkə həyatının hər sahəsində olduğu kimi, mətbuat və mediamızda da ciddi yeniliklər baş verib. Şəxsi diqqət və qayğınız nəticəsində bu sahənin inkişafı naminə atılan bir sıra vacib addımlar bu gün də öz bəhrəsini verməkdədir. Əmin ola bilərsiniz ki, göstərdiyiniz ali etimadı və yüksək qayğını layiqincə doğrultmağa çalışan Azərbaycan mətbuatı bundan sonra da milli-dövlətçilik maraqlarını daima öndə tutacaq, eyni zamanda, peşəkarlıq səviyyəsini davamlı şəkildə artıracaqdır.
Turanxeber.az