Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-da səfərdə olduğunu təsdiqləyib.
Turanxeber.az xəbər verir ki, bunu dövlət başçısı tviterdə yazıb.
O bildirib ki, Ukraynanın sabitliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün Vaşinqtonda səfərdədir.
“ABŞ rəhbərliyi ilə ikitərəfli əməkdaşlığı müzakirə edəcəyik. Konqresdə çıxış edəcəyəm və bir sıra ikitərəfli görüşlər keçirəcəyəm”, – V.Zelenski vurğulayıb.