Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Hümbətov dəfn olunub.
Şəhidin cənazəsi Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edib. Turanxeber.az