ŞƏHİD ANASINA
(Allah Analarımıza səbr versin)
Sən Oğul doğdun ki, Vətəni sevsin,
Sevsin tutiya tək hər qarış yeri.
Şıgıyıb düşmənin üstünə getsin,
Olsun ana yurdun bir igid əri.
Sözü bütöv olsun əməldə, işdə,
Qulaqda sırğadı ana öyüdü.
Baş qoysun hər Vətən kəlməsi üstə,
Desinlər halaldı ananın südü.
İsinsin qəlbinin oduna torpaq,
Güç alsın kökündən boylu cinar tək.
Ürəyi yuyulmuş bir yaşıl yarpaq,
Gözləri yurd yeri, açsın gül-çiçək.
Hər doğulan oğul düşmən çəpəri,
Fikri, əqidəsi insanlıq olsun.
Sən oğul doğdun ki, Vətən yolunda,
Bir gün gərək olsa qurbanlıq olsun.
Sudabe Servi
Turanxeber.az