Son dəqiqə: Ermənistan hərbi texnikasını Qarabağdan çıxarır

Baş səhifə HƏRBİ

Nikol Paşinyan ağır texnikanı Qarabağdan çxıarır.

Bu gün “Hraparak” qəzeti məlumat yayıb.

““Artsax”dakı mənbələrimizdən öyrəndik ki, həmin bəyanatları qəbul edən və Prezident Əliyevin növbəti tələbini yerinə yetirən Baş nazir Paşinyan Əliyevi silahlanmadığına inandırmaq üçün “Artsax”dan ağır hərbi texnikanın böyük bir partiyasının çıxarılmasını tapşırıb”.

Xəbər yayıldı: Rusiya ordusunu Qarabağ və Ermənistandan ÇIXARIR.

Ukraynadakı genişmiqyaslı müharibə Rusiyanı tükəndirir.

“Ukraynada genişmiqyaslı müharibə Rusiya Federasiyasının büdcəsini tükəndirir. Rusiya prezidenti Putin ambisiyalarına və Ukraynada genişmiqyaslı müharibəni davam etdirmək istəyinə görə bütün dünyada geosiyasi kampaniyalar aparmaq imkanını itirir. Putin Ukraynada həyata keçirdiyi  təcavüzə daha çox pul xərcləməyi planlaşdırır ki, bu da Rusiyanın büdcəsinə böyük zərbə vuracaq”.

Müharibənin Öyrənilməsi İnstitutunun (ISW)  hazırladığı hesabatda yer alıb.

ISW-nin  yeni hesabatında  Kremlin və  Putinin  hansı imkanları itirdiyi qeyd olunub.
Hesabatda qeyd olunub ki, Rusiya 2023-cü il büdcəsindən müdafiə, təhlükəsizlik və hüquq-mühafizə orqanlarına təxminən 143 milyard dollar həcmində vəsait ayırıb.

Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın müdafiə xərcləri əhəmiyyətli dərəcədə artıb və Rusiyanın 2023-cü il üçün ümumi büdcəsinin 30%-dən çoxunu təşkil edəcək. Beləliklə, Putin Ukraynadakı müharibə üçün büdcəsini tükətməkdə davam edir və bu prosesdə o, digər beynəlxalq və ya daxili kampaniyaların maliyyələşdirilməsini dayandırmalı ola bilər.
ISW hesab edir ki, Rusiya qüvvələri Suriya və Qarabağdakı, Ermənistandakı və digər münaqişə zonalarından texnika və şəxsi heyətinı  Ukrayna ərazisinə köçürür.

ISW analitiklərinin fikrincə,  bu baxımdan  Putin  Ukraynada uzun sürən müharibənin davam etdirilməsi lehinə digər hərbi əməliyyatlardan və yumşaq güc əməliyyatlarından imtina edə bilər.

Analitiklərin fikrincə, Putin  hələ də onu nəyin təhdid etdiyini başa düşmür.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir