Heydər Əliyevi ehtiramla anırıq!
Azərbaycanın baş memarı xalqın qəlbində əbədi yaşayacaqdır. Ruhu şad olsun
YETİŞDİ
Kimsə unudarmı Ulu Öndəri,
Mən onda görmüşəm,böyük hünəri.
İnandıra bildi,külli bəşəri,
Əməliylə hər imdada yetişdi.
Hər addımda addımının izi var,
Haqq işində deyəcəyi sözü var.
Min il keçsə unudulmaz sözü var,
Nalə kəsən min fəryada yetişdi.
Hər şeydə zəhməti soruldu onun,
Zəkası sular tək duruldu onun.
Mərcanam təməli qoyuldu onun,
Pak vicdana,təmiz ada yetişdi.
Mərcan Şahbuzlu.


Ruhun göydə pərvazlansın
Ulu Öndər Heydər Əliyevin xatirəsinə ithaf olunur.
Qaranlığa şəfəq saçıb,
İşıq kimi daim yandın.
Xalqın xoşbəxt günlərinə,
,,Quran” kimi sən inandın.
İlahinin hökmü ilə,
Xalqımıza elçi gəldin.
Gördüyünüz hər bir işdə,
Peyğəmbərtək sən yüksəldin.
Şərəfli bir ömür sürüb,
Hər an çəkdin elin dərdin.
Millət azad olsun deyə,
Çətinliyə sinə gərdin.
Yadda qalan ömür yolun,
Hamımıza örnək olsun.
Ruhun göydə pərvazlansın,
Məzarınız nurla dolsun.
Bu dünyaya səntək dahi,
Çətin gələ, bir də daha.
Baş əyirik məzarına,
Qəbrin dönüb səcdəgaha !
06.09.2019
Ziba Sevindik

https://www.youtube.com/watch?v=pqsraksfJsY.
Turanxeber.az Güllər Amin