Məsələ Əlisa Nicatın neçə və necə kitab yazmasında deyil. Ona “Xalq yazıçısı” və ya mükafat vermirlər ki, bunu müzakirə edək. Heç mükafat və epitet alanları belə təftiş etmirlər! Məsələ yazan-oxuyan bir ziyalının məişətini nisbətən asanlaşdırmaq istəyindədir. Bunu da çox görənlər də var.
Statistikadan söz düşmüşkən bunu bizdə ən çox Çingiz Abdullayev qürurla qeyd edir. Onu təbliğ edənlər indi Əlisa Nicatı təftiş edir. Qəribədir!
Dünyada Aleksandr Dümanın 301, L.Tolstoyun 90 cildlik əsərləri, detektiv yazar Jorj Simenonun 425, Ayzek Azimovun 500 (elmi-fantastik və elmi-kütləvi), Rioki İnoenin 1100 əsəri çap olunub. Lope de Veqa 1800 pyes, Korin Telyado 4000 roman yazıb. Bizdə Bayram Bayramov ən çox roman və İlyas Əfəndiyev ən çox pyes yazan müəlliflər kimi tanınıblar. Milyon adamın ölümü statistika, bir nəfərin ölümü faciədir! Statistika təftişi yox, “ziyalı niyə belə yaşamalıdır” sorğusunu aparsaq, daha yaxşı olar.
Tikinti və təmir, ev avadanlıqları, məişət cihazları istehsal, satışını təşkil edən cənablar, bəlkə Əlisa Nicata bir dəstək duraq? Hərə öz sahəsinə uyğun nələr isə etsin, bir ziyalı, yazar ahıl çağını nisbətən rahat evdə keçirsin?
Cavabınızı gözləyəcəyəm!
Donurdu Hadinin əlləri
Çıxartdı ürəyinin yanından
Güllər Miralimbəyli Jurnalist.
Söhbət baxımsız qalan ,çörəyi borca alan, soyuqdan donan , Azərbaycan yazarı Əlisa Nicatdan gedir.
Yazıçının bu halına çoxları ağlayır, utananlar necə varmı?Deyirlər dahi yazarlarımızda bu həyatı yaşayıb baxaq kimlər imiş?
M.Füzüli də haqq etdiyi təqaüdü ala bilmirdi. 100 il əvvəl də M.Ə.Sabir sabun bişirməklə dolanışığını təmin edirdi. M.Hadi daha acınacaqlı tale yaşadı. Mirzə Cəlil soyuqdan donmamaq üçün əlyazmalarını yandırdı. Şükür Allaha ki, Əlisa Nicatın canı möhkəm olub, soyuğa tab gətirib kitablarına qıymayıb… Görünür ki, böyük yaradıcı insan, filosof, zəhmətkeş və məhsuldar yazarın bəzi “bacarıqları” olmayıb. Hansı ki, o bacarıqlar indiki zamanda yüksək təminatlar üçün əsas şərtdir.
Raziyyə İmran qızı. Jurnalist
Utansın AYB -yi vəssalam, mən yazıçının bu halına ağladım , heyf …. Təəssüf etdim biz dəyərlilərimizi yaşada bilməyirik….
PS: “utanmıxdan ölmürsüz “ deyən -siz hansısa yollarla qazanırsız,,, dövləti talayırsız, belə yazıçılarımız isə zəhmətlərinin bəhrini belə görmürlər ((
Vusala Alibeyli.
Vallah mən də ağladım. Çox acınacaqlı və utancverici haldır. Böyük rəzalət !!! Ar olsun !!!
Şahbaz Xuduoğlu Əlisa Nicata baş çəkdi bu gün. Ustalarla birlikdə. Evə istilik sistemi lazımdır. Bu məqsədlə kombi və radiatorlar alınmalıdır.
Evin ümumi vəziyyəti acınacaqlıdır, amma qışı yola vermək üçün istilik sistemi vacibdir.
Bu gün ustalar lazım olan avadanlıqları alacaq sabah işə başlayacaqlar.
Yardım etmək istəyən Əlisa Nicatın kartına pul keçirə bilər.
6768 6771 7676 6289
Kapital bank
Əlisa Hüseynov.
Əlisa Nicatla bağlı xırda yazı böyük dönüşə səbəb oldu. Gecə boyu onun kartına pul köçürüldü. Yardım edənlərin bəzi halda qəbzlərini də mənə atırdılar. 1, 10, 20, 50, 100, hətta 200 manat yardım edən də vardı.
Səhər ustalar Əlisa bəyin evinə gedib istilik sistemi üçün büdcə çıxardılar. Bir gün sonra, yəni bu gün artıq istilik sistemi quraşdırılır.
Oğlu Üzeyirlə yardımların məbləğini öyrənmək üçün atasının kartını bankomata saldı. Üzeyir gözlərinə inanmadı “vay dədə, bu nədi ədə” dedi. 6987 manat yazılmışdı. Bu, yalnız bir gecədə toplanan məbləğdir.
Mən bir anlıq qanadlandım.
Dünən və bu gün yardımlar davam etdi. Yardım edənlər adlarının açıqlanmasını istəməsələr də yazmağı özümə mənəvi borc bilirəm.
@İrşad Elektronics şirkətindən zəng edib, istilik sisteminin çəkilişini öz üzərinə götürməyi təklif etdilər. İstilik sistemi üçün lazım olan bütün xərcləri ödədilər. Məbləğ 2339 manat etdi.
Ardından, Baku Electronicsdən zəng etdilər, istilik sistemini quraşdırmağı təklif etsələr də, dedim ki, artıq o işi bsşqa şirkət öz üzərinə götürüb, siz soyuducu, elektron soba və ya mebel işini həll edə bilərsiniz.
Dəyərli futboçumuz Qara Qarayev də istilik sistemi ilə bağlı yardım təklifi etdi.
“Görüş”restoranının sahibi Asif bəy dedi ki, bundan sonra onun bütün ərzaq, yemək təminatını özüm həll edəcəm.
Bir nəfər yazmışdı ki, mən “santexnikəm”, bütün işləri pulsuz görərəm.
Tikinti firmalarından zəng edib evinin təmirini təklif etdilər.
Elçin Əlibəyli isə yazdı ki, “Rafi” Group Təmir və tikinti şirkəti evin təmirini öz üzərinə götürür, “Sobsan” Boyaları bütün rəngləmə materiallarını pulsuz verir.
Bir neçə nəfər aylıq 100, 200 manat məbləğində maaş təklif edənlər də var.
Yardım təklifləri, yardımların ardı-arası kəsilmir.
Əlisa bəylə bu gün danışdım, deyir, kimin əvvəli, kiminin sonu. Gec də olsa, bu günləri gördüyüm üçün xoşbəxtliyimin həddi -hüdudu yoxdur.
İnsanlar yardım etmək fürsətindən yararlandıqları üçün məmun qalıb. Həm yardım, həm də təşəkkür edirlər.
Az , ya çox, heç fərq etməz, əsas odur ki, Əlisa Nicat faktoru minlərlə insanı bir araya gətirdi.
Bir daha əmin oldum; bu xalq möhtəşəmdir!
Biz birlikdə güclüyük!
Turanxeber.az Güllər Miralimbəyli.