Turan Məmiyev: İlham Əliyev Qalib sərkərdə, Müzəffər Ali Baş Komandandır!

ölkə
Faşizmi bayraq etmiş bədniyyət qonşumuzun işğalçı ordusuna qalib gəlməyimizin və bununla da otuz ilə yaxın həsrətində olduğumuz ölkəmizin ərazi bütövlüyünü bərpa etməyimizin çoxlu səbəbləri var.
                  Həmin səbəbləri politoloq və siyasətçilər tərəfindən müxtəlif şəkildə şərh edilir.
Ali Baş Komandanın qətiyyətini, dövlətin iqtisadi qüdrətini, ordunun maddi-texniki bazasının müasirliyini, əsgər və zabitlərin rəşadətini, qardaş Türkiyənin dəstəyini vurğulayanlar haqlıdır. Ancaq mən başqa bir məqamı da yada salmaq istəyirəm. 44 günlük müharibə xalqımızın əsl milli birliyinə çevrildi. Qələbə ərəfəsində – sentyabrın 27-dən sonra bütün azərbaycanlılar özlərini Qarabağda hiss edirdilər. Hər kəsin ürəyi düşmən qüvvələrini məhv edən atəşlərin səsi ilə döyünürdü. Hər kəsin ğözü cəbhəyə yollananlara dikəlmişdi. Bu səbəbdəndir ki, ölkənin hər qarışı Qarabağa, hər bir vətəndaşı isə qarabağlıya çevrilmişdi. Bu baxımdan, qələbəmizin əsas səbəblərindən biri də hər milli birliyin olması idi. Bu birliyin ən ali nəticəsini isə “Ərazilərimizin 20 faizini 30 il işğalda saxlayan faşist Ermənistanı üzərində şanlı Qələbə”ə oldu. Çünki dövlət başçımızın dediyi kimi, ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları torpaqlarımızdan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Təsadüfi deyil ki, dövlət başçımız düşmən caynağından azad edilən torpaqlarımıza Qalib, Müzəffər Sərkərdə kimi qədəm qoydu. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuliyə, Cəbrayıla səfəri, min illərin şahidi Xudafərin körpüsünə baş çəkməsi möhtəşəm Qələbəmizin nidası oldu. Qeyd etmək lazımdır ki, ermənilərin həyasızcasına bizi müharibəyə təhrik etməsi, “daha çox ərazilər ələ keçirmək üçün yeni planlar cızması” onlara təkcə işğal etdikləri ərazilərin əldən çıxması ilə deyil, həm də böyük itkilərlə başa gəldi. Belə ki, müharibənin başa çatması ilə bağlı imzalanan üçtərəfli bəyanatın müddəalarına əsasən, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi də reallaşdırmağı nəzərdə tuturdu. Dövlət başçımız xatırlatdı ki, bu sənəd həm bütün kommunikasiyaların, yolların açılmasını, həm də yeni nəqliyyat — kommunikasiya infrastrukturunun yaradılmasını nəzərdə tutur: “Beləliklə, Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsildi, – çünki o vaxt Azərbaycanın əsas hissəsindən oraya enerji resursları ötürülürdü, – faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qalmışdı. Eyni zamanda, Ermənistan ərazisindən oraya hücumlar da edilirdi. Dəfələrlə demişəm, məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşmədi. Erməni vandallarının belə planları da var idi”. Ermənistan dövlətini diz çökdürüb, Paşinyanın ordusunu darmadağın edən kim idi? 1988-93-cü illərdə öz ata-baba yurdlarından didərgin salınmış azərbaycanlıların övladları və şəhidlərimizin qanını yerdə qoymayan Azərbaycanın gənc oğulları. Bu gənclər “yenilməz Ermənistan ordusu”na qan uddurdular, Nikol Paşinyanı ermənilərin silinməz ləkəsi kimi tarixə yazdılar. Ermənistanda öz xalqından gizlənən Paşinyanı gördüyümüz zaman Azərbaycanda dövlət başçısı İlham Əliyev müzəffər ordu ilə qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər edib. “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir. Prezident İlham Əliyev tarix yazan ordunun yanındadır. Qazilər ilə görüşdə “Mən hər zaman Sizin yanınızda olacağam” , xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, “Hər bir hərbçinin Ali Baş Komandanı” olduğunu aşkar şəkildə nümayiş etdirmiş oldu. Prezidentin cəbhə bölgəsinə səfəri zamanı Xudafərin körpüsünü ziyarət etməsi xüsusi simvolik məna daşıyır. Bölgələrdə Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyi haqqında xəbər verir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçdi. Prezident İlham Əliyevin ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbənin rəsmiləşdirilməsi deməkdir. Mülki əhaliyə atəş açmayan ordu məsuliyyətli, eyni zaman
Turanxeber.az
Turan Məmiyev: İlham Əliyev Qalib sərkərdə, Müzəffər Ali Baş Komandandır!
Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir