Yaxın günlərdə Bakı Metropoliteninin “Xocasən” stansiyası və eyni adlı deposu istifadəyə veriləcək.
Turanxeber.az xəbər verir ki, metronun bənövşəyi xətti üzərindəki yeni stansiya yeddivaqonlu platformaya malikdir. Artıq stansiyada son tamamlama işləri görülür və açılışa hazırlıq gedir.
Bundan öncə bildirilib ki, Xocasən stansiyası 2022-ci ilin sonunadək istifadəyə veriləcək.