Yardımlı atamın, babamın yurdudur

ölkə
Yardımlının turizm potensialı yüksəkdir.
Burda o qədər gəzməli yerlər, görməli təbii təbiət mənzərələri, tarixi abidələr var ki, görənləri heyran edir. Rayonumuza üz tutub gələn, burda qonaq olan turistlərin ən çox maraq göstərdiyi yerlərdən biri Yardımlı şəlaləsidir. Yardımlı (Tək dam) şəlaləsi ecazkar təbiət möcüsəsi hesab edilməklə həm də bu təbiət incisini Cənubun vizit kartı da hesab edirlər. Şəlalə dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Zirvədən baxanda ətrafa gözəl mənzərə açılır. Vaxtilə ərazi sakinləri bu zirvədən həm də müdafiə məntəqəsi kimi istifadə ediblər.
Yardımlı şəlaləsi Masallı-Yardımlı yolunun 25 kilometrində yerləşir. Burda turistlərin dincəlib istirahər etməsi, Yardımlı mətbəxinin təamlarından dadmaq üçün hər cür şərait vardır. Əeazinin dolanbac yolları , endemik və relikt bitkilərlə zəngin me.əsi, təhlükəli sıldırım aşırımları sanki nağıllar aləmini xatırladır. Yol kənarlarında ən çox diqqəti çəkən təbii çeşmələrdən salınan bulaqlardır. Dincəlmək üçün Yardımlıya gələn turistlər böyük həvəslə şəlalənin qarşısında dayanaraq şəffaf bulaq suyundan içir, təmiz dağ havasından udurlar.
Mənbəyini Honuba bulaqlarından götürən 34 metr hündürlükdən tökülən şəlalə iki balaca axardan və üç hissədən ibarətdir. Ərazinin ikinci qatından sonrakı hissəsi sıldırım qayalıqlardan ibarət olduğundan irəliləmək təhlükəlidir. Turistlərin şəlalənin zirvəsinə qalxması üçün piləkənlər inşa edilib. Buradan ətraf olduqca aydın görünür. Bir vaxtlar şəlalədən Lənkərana, Masallıya və Cəlilabada üç istiqamətdə yol mövcud olub.
Xalq şairi Mirvarid Dilbazi Yardımlının gözəl istirahət yeri, dilbər gu-
şəsi, təbiət incisi olan Şəlaləni tərənnüm edir:
“Gələr hərdən qulağıma,
Şırıltılı bir su səsi,
Düşər yada Yardımlının
O müğənni şəlaləsi…”
1972-ci ildə yolu Şəlaləyə düşən SSRİ-nin təyyarəçi kosmonavtı, iki dəfə Sovet İttifaqı Qəhramanı Valeri Bıkovski bu gözəllik önündə heyrətə gəlib demişdir: “Məni qınayan olmasa, bu təbii abidəni məmnuniyyətlə düyanın səkkizinci möcüzəsi adlandırardım”.
Bu yurdda qonaq olanlar həm sadə, qonaqpərvər insanları, həm də Yardımlının ecazkar təbiət mənzərələrini, yayda diş göynədən bumbuz bulaqlarını, ucalıq, mərdlik simvolu sıldırım qayalarını uzun müddət unutmurlar!
Bir şəlalə, ağac və təbiət şəkili ola bilər
Turanxeber.az  Güllər Amin
Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir