İranda yüzlərlə etirazçı təhlükəsizlik qüvvələrinə meydan oxudu – VİDEO

Dünya

İranın şimal-qərbində Məhsa Əminin dəfn olunduğu qəbiristanlıqda böyük izdiham etiraz aksiyası keçirib, fəallar onun polis nəzarətində ölməsinin 40 gününü qeyd etmək üçün nümayişlərə çağırıblar.

Turanxeber.az BBC-yə istinadla xəbər verir ki, yüzlərlə kişi və qadın toplaşmaq üçün təhlükəsizlik qüvvələrinə meydan oxuyub.

Etirazçılar “Qadın, həyat, azadlıq” və “Diktatora ölüm” şüarları ilə çıxış ediblər.

Qeyd edək ki, 22 yaşlı kürd qadın Məhsa Əmini sentyabrın 13-də paytaxt Tehranda əxlaq polisi tərəfindən “nalayiq” şəkildə geyindiyi iddiası ilə saxlanılıb. O, üç gün sonra təcridxanada komaya düşüb və vəfat edib.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir