Jurnalist də AYB-nin maliyyə bossu Çingiz Abdullayevdən 200 min pulun hara xərcləndiyini soruşub

Ədəbiyyat
Bu gün Yazıçılar Birliyinin qurultayı olub. Anar müəllim yenidən AYB sədri seçilib.
Deyilənə görə, qurultaya 200 mindən çox pul xərclənib. Jurnalist də AYB-nin maliyyə bossu Çingiz Abdullayevdən pulları hara xərcləndiyini soruşub. O da hirslənib belə cavab verib: “Utanmırsınız, Xalq yazıçısından pulların hara xərcləndiyini soruşmağa?”
Doğrudan da, Xalq yazıçısından pulları hara xərclədiyini soruşmaq ayıbdır. Xalqın pulunu elə xalq yazıçısı yeməlidir də, burda nə var ki? Xalqın malını da yeyərlər, pulunu da göyə sovurarlar. Bir günə 200 min nədir ki?
Çingiz müəllim kimi intiligent adama belə sual vermək yersizdir. Axı o, illərdir xalqın yanında olub. Çingiz müəllim həmişə hökumətin xalqazidd qərarlarının qarşısında dayanıb. Hər zaman xalqın sözünü deyib. Xalqa, haqq sözü dediyinə görə təzyiqlərə, təqiblərə, məhrumiyyətlərə məruz qalıb. Bir qarın ac, bir qarın tox yaşayıb. Ona xalqın pulunu hara xərcləmisən sualını vermək ayıbdır. Nə ayıb eee, günahdır, günah…

Günaha batmayın, dağ boyda kişini, ziyalını, yazıçını, bizi, milli dilimizin incəlikərini dünyaya tanıtdıran adamı əsassız yerə ittiham etməyin.

Bir 1 nəfər və oturmalı şəkili ola bilər

Xalq yazıçısı, 85 yaşlı Anar daha 5 il müddətinə Azərbaycan Yazıçılar Birliyinin sədri oldu.
Bir 2 nəfər, ayaqüstə duran insanlar və bunu deyən yazı "85 yaşlı Anar daha 5 il müddatina AYB sadri oldu" şəkili ola bilər
Turanxeber.az
Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir