İtaliyanın Sardiniya adasında gənc qızlar arasında dünya çempionatı davam edir.
Azərbaycan şahmatçısı Gövhər Beydullayeva IX tur çərçivəsində Ermənistan təmsilçisi Məryəm Mkrtçyanla qarşılaşıb.
Ağ fiqurlarla oynayan 19 yaşlı qrossmeysterimiz 47-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.
Bu qələbə ilə xallarının sayını 8-ə yüksəldən Gövhər Beydullayeva ən yaxın rəqibini 1 xal qabaqlayaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
Dünya çempionatındakı digər azərbaycanlı şahmatçı Ləman Hacıyeva isə qazaxıstanlı Assel Serikbay ilə heç-heçəyə razılaşıb.
O, hazırda 6,5 xalla 6-cı pillədə yer alıb.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən turnir 11 turdan ibarətdir. Yarışa 22 oktyabrda yekun vurulacaq. Turanxeber.az